İDMAN


UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb

Bakı, 15 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 16-17-də keçiriləcək UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, türkiyəli FIFA referisi Cüneyt Çakır İngiltərə komandaları “Mançester Siti” və “Tottenhem” klubları arasında keçiriləcək görüşdə baş hakim funksiyasını yerinə yetirəcək. Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Mançester şəhərində təşkil olunacaq görüş aprelin 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Londondakı matçda “Tottenhem” minimal hesablı qələbə qazanıb - 1:0.

Mərhələnin digər oyunları - “Barselona” (İspaniya)-“Mançester Yunayted” (İngiltərə) qarşılaşmasını almaniyalı Feliks Brıx (ilk oyun 1:0), “Yuventus” (İtaliya) - “Ayaks” (Hollandiya) matçını fransalı Klement Turpin (ilk oyun 1:1), “Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək (ilk oyun 0:2). “Barselona”-“Mançester Yunayted”, “Yuventus”-“Ayaks” qarşılaşmaları aprelin 16-da, “Porto”-“Liverpul” oyunu isə aprelin 17-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.