MƏDƏNİYYƏT


“Voice of Astana” beynəlxalq estrada müsabiqəsində Azərbaycanı İlham Nəzərov təmsil edir VİDEO

ASTANA, 16 iyun, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə “Voice of Astana” (Astananın səsi ) I beynəlxalq estrada musiqisi müsabiqəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən dünya səviyyəli müsabiqə bu sənətdə ilk addımlarını atan istedadları müəyyən etməyə çalışacaq.

Seçim prosesi zamanı müsabiqəyə 20-dən çox ölkədən 500-dən çox ifaçı müraciət edib. Müsabiqədə Azərbaycan, İtaliya, Böyük Britaniya, Çin, Gürcüstan, Tatarıstan, Hindistan, Rusiya, Bolqarıstan, İsrail, Özbəkistan, Qırğızıstan, Estoniya, Türkiyə və Qazaxıstandan olan ifaçılar qatılıb.

«Voice of Astana» müsabiqəsinin ilk günü bütün iştirakçılar Astana haqqında mahnılar səsləndirdilər. İkinci gün isə onların hər biri öz repertuarından mahnılar təqdim edəcək.

Beynəlxalq müsabiqədə Azərbaycanı Əməkdar Artist, opera ifaçısı İlham Nəzərov təmsil edir. İlham Nəzərov peşəkar vokal karyerası ərzində “Ravenna”, “Festival Della Valle DİTRİA da Monte”, “Festival Pergolesi Spontini” kimi mötəbər beynəlxalq musiqi festivallarının iştirakçısı olub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Üns Yaradıcılıq Səhnəsinin solistidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.