Yaponiya poçtu pilotsuz avtomobillərin sınaqlarına başlayıb
Tokio, 24 mart, AZƏRTAC
Yaponiya poçtu Tokioda bağlamaların çatdırılması ilə məşğul olacaq pilotsuz avtomobillərin sınaqlarına başlayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada buna ehtiyac bağlamaların çatdırılması üçün işçilərin çatışmazlığı yarandıqdan sonra meydana gəlib.
Yeni texnologiya ilə təchiz edilən nəqliyyat vasitəsinin tam avtomatlaşdırılmadan bir dərəcə aşağı olduğu bildirilir. Həmin nəqliyyat vasitəsi məhdud dairədə müstəqil hərəkət edəcək.
Əvvəlcədən təyin olunan marşrut üzrə hərəkət edən yeni avtomobil GPS-dən istifadə edərək olduğu yeri müəyyən edəcək.
Sınaqlar zamanı Yaponiya poçtunun obyektləri arasında hərəkət edən avtomobilin sürətinin saatda 20 kilometr təşkil etdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [14:35]
Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var
- 19.08.2026 [14:29]
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
- 19.08.2026 [13:07]
Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb
- 19.08.2026 [13:04]
Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb
- 19.08.2026 [13:00]
İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs
- 19.08.2026 [12:56]