Yaponiya və ABŞ Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirir
Tokio, 12 iyun, AZƏRTAC
Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər.
AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopter daşıyan gəmisi də iştirak edir. Bildirilir ki, Yaponiyanın “Murasame” və “Akebono” esmineslərinin qatıldığı təlimlər iyunun 10-da başlanıb. Təlimlər əsasən, birgə hərəkətin idarə edilməsi üzrə aparılır.
Nəşrin bildirdiyinə görə, təlimlərin təşkilinin digər məqsədi Cənub-Şərqi Asiya ölkələri ilə ərazi mübahisələri aparan Çinin Cənubi Çin dənizindəki əraziləri fəal şəkildə mənimsəməsinin qarşısını almaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [14:35]
Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var
- 19.08.2026 [14:29]
Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb
- 19.08.2026 [13:07]
Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb
- 19.08.2026 [13:04]
Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb
- 19.08.2026 [13:00]
İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs
- 19.08.2026 [12:56]