Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək
Tokio, 13 mart, AZƏRTAC
Yaponiya Ay orbitinə çıxarılacaq yeni kosmik stansiyadakı astronavtlar üçün yaşayış modulunun inşası üzərində çalışacaq.
AZƏRTAC ölkə KİV-lərinə istinadla xəbər verir ki, Amerika Aerokosmik Tədqiqatlar Agentliyi (NASA), Yaponiya Aerokosmik Agentliyi (JAXA) və Avropa Kosmik Agentliyi (ESA) və digər əlaqədar qurumlar “Gateway” adlandırılan kosmik stansiyanı 2026-cı ilədək inşa etməyi planlaşdırırlar. On komponentdən ibarət olacaq yeni kosmik stansiyanın inşası ilə əlaqədar vəzifə bölgüsü iştirakçı ölkələr arasında artıq aparılıb.
JAXA və ESA beynəlxalq yaşayış modulunun inşası ilə məşğul olacaq. JAXA, həmçinin NASA ilə birlikdə Ay stansiyasına yüklərin çatdırılması üçün yük modulunun inşasını həyata keçirəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub
- 18.06.2026 [12:02]
Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb
- 18.06.2026 [11:30]
Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib
- 18.06.2026 [11:14]
Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub
- 18.06.2026 [10:59]