® “AccessBank” “Azərikard” prosessinq mərkəzinə miqrasiya edib
“AccessBank” müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə “Azərikard” prosessinq mərkəzinə keçid edib.
Müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün “AccessBank”ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilib.
Prosessinq mərkəzinə miqrasiya nəticəsində “AccessBank” müştəriləri yeni imkanlardan yararlana biləcəklər. Bunların sırasına “ApplePay”, “Google Pay” kimi qlobal alətlər, həmçinin “Azərikard”ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:11]
Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb
- 13.10.2026 [11:27]
“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
- 13.10.2026 [11:24]
Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb
- 13.10.2026 [11:06]
Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO
- 13.10.2026 [10:57]