® “Carlsberg Azerbaijan” “PepsiCo”nun Azərbaycanda bottleri olacaq
“Carlsberg Group” “PepsiCo” ilə strateji tərəfdaşlığını genişləndirir. Yeni sazişə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasında “PepsiCo”nun bottleri olacaq.
Yeni strateji tərəfdaşlıq çərçivəsində “Carlsberg Group” “PepsiCo”nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək. “Carlsberg”in Xırdalandakı istehsal müəssisəsinin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə “PepsiCo” məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan “Mars Overseas” tərəfindən davam etdiriləcək.
Yeni razılaşmanın qüvvəyə minməsi ilə “Carlsberg” və “PepsiCo” 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan.
Genişləndirilmiş tərəfdaşlıq “Carlsberg Group” və “PepsiCo”nun Azərbaycanda uzunmüddətli artımı dəstəkləyən, genişləndirilə bilən və yerli bazarın tələblərinə uyğun içki istehsalı və distribusiya əməliyyatlarının qurulmasına dair ortaq öhdəliyini əks etdirir.
“Carlsberg Group”un İcraçı direktoru Yakob Aarup-Andersen “PepsiCo” ilə uzunmüddətli tərəfdaşlıqlarının Azərbaycana da genişlənməsindən çox məmnun olduqlarını qeyd edib: “Yeni razılaşma çərçivəsində “PepsiCo”nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək”.
“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması “Carlsberg Azerbaijan”ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, - deyə “Carlsberg Azerbaijan”ın baş direktoru Krasimir Lazarov əlavə edib.