Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Dürdanə Musayeva: Təəssüf ki, hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir

Dürdanə Musayeva: Təəssüf ki, hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir

Sürətlə artan onurğa xəstəlikləri son vaxtlar ən ciddi problemlərdən biri hesab edilir. Statistikaya əsasən, xüsusilə məktəblilər arasında skolioz xəstəliyi geniş yayılıb. Doğuş qüsurları, nevroloji anomaliyalar, genetik faktorlar skoliozda müəyyənləşdirilən ümumi səbəblər kimi göstərilsə də, passiv həyat tərzi, qeyri-sağlam qidalanma, mobil telefon və uzun müddət kompüter arxasında əyləşmək də həmin xəstəliyin artımına səbəb olur. Bəs, skoliozun aradan qaldırılması, onurğanın bərpası mümkündürmü?

Suallarımızı bu sahənin aparıcı mütəxəssislərindən olan psixoloq-fizioterapevt Dürdanə Musayeva cavablandırıb.

- Dürdanə xanım, son dövrlərdə uşaqlar arasında skolioz xəstəliyi sürətlə niyə bu qədər aktuallaşıb?

- Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hazırda demək olar hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir. Burada bir neçə faktor önəm daşıyır. Əgər söhbət anadangəlmə skoliozdan gedirsə, bu, birbaşa hamiləlik patologiyası hesab olunur və anadangəlmə qüsur sayılır. Uşaq doğulanda artıq onda hansısa sümük deformasiyaları mövcud olur. Körpə hələ ana bətnində rüşeym halında olarkən ananın keçirdiyi stres, əsəb və gərginlik dölə təsir edir. Uşaq müəyyən yaşa çatdıqdan sonra - əsasən 8-9 yaşlarından başlayaraq - ciddi problemlər yaşanır. Xəstəlik, adətən, erkən uşaq yaşlarından başlayır və yaş artdıqca proqressivləşir. Cinsi hormonlar inkişaf etməyə başlayır və bu zaman skolioz da artır. Təəssüf ki, anaların əksəriyyəti övladının bu gün üzləşdiyi onurğa problemlərinin kökündə hamiləlik zamanı yaşadıqları stres faktorunun dayandığından xəbərsizdirlər. Burada genetik faktorlar da mühüm əhəmiyyət daşıyır. Çox valideynin bədən quruluşunun övladına keçdiyinin şahidi oluruq. Bəzən də elə olur ki, hamiləlik əsəb, gərginlik, stressiz keçir, lakin bu zaman vitamin və mineral çatışmazlığı xəstəliyin fəallaşmasına səbəb olur. Ona görə də hamiləlik dövründə açıq havada gəzməyin və düzgün qidalanmağın faydası çoxdur. Gələcək analar həmin məqamlara diqqət yetirməlidirlər. Xəstəliyin gəncləşməsindən söhbət gedirsə, müasir anaların son illər mobil telefon və kompüterdən həddən artıq istifadəsi də diqqətdən kənarda qalmamalıdır. Bütün bunlar xəstəliyi yaradan səbəblərdir.

Sonradan qazanılmış skolioz da, demək olar ki, çox ciddi həyati problemdir. Məktəbli çantalarının qəti şəkildə düzgün seçilməməsi və ağırlığın çiyinə birtərəfli düşməsi, şagirdlərin doğru oturuş qaydasına riayət etməməsi, 45 dəqiqəlik dərs zamanı və ya fasilələrdə idman hərəkətləri ilə məşğul olmaması da skoliozun yaranmasına aparıb çıxarır. Hazırda ölkəmizdə ən çox yayılan S-vari, daha sonra isə C-vari skoliozdur.

- Dürdanə xanım, siz psixoloq-fizioterapevt kimi onurğa xəstəliklərinin müalicəsində fərqli yanaşma tətbiq edirsiz. Onurğa və psixoloji vəziyyət nə dərəcədə əlaqəlidir? Onurğa əyriliyi olan pasiyentdə özünəinam əksikliyi də ola bilərmi?

- Onurğa əyrilikləri zamanı özünəinam əksikliyi yaradan səbələrdən biri də pasiyentlərin vizual olaraq xarici görünüşündə yaranan xoşagəlməz görüntüdür. Bu zaman xarici görünüşündən utanan xəstələr özünə qapanır, dostları, hətta qohumları ilə də görüşmək istəmirlər. Çox vaxt onlar həkimə müraciət etməyə belə qorxurlar. “Onsuz da sümüyüm əyridir”, “Əyilmiş sümüyü necə düzəltmək olar?” və s. kimi yanaşmalar həmin xəstələrin ən çox işlətdiyi ifadələrdir.

Çox müsbət haldır ki, əvvəllər valideynlər həmin faktları gizlətdikləri halda, bu gün övladının sağalması, özünəinam əksikliyindən qurtulması üçün əllərindən gələni edirlər. Əlbəttə, söhbət ilk növbədə məlumatlı analardan və atalardan gedir. Məlumatsız valideynlər nəticəyə inanmır, ümidsizliyə qapanırlar. Onlarla psixoloji söhbət aparılandan sonra müalicəyə dərhal, vaxt itirmədən başlamağı xahiş edirlər. Müalicəni paralel aparmaqda məqsədim özünəinamı əksik xəstələri yenidən həyata bağlaya bilmək, həm fiziki, həm də psixoloji cəhətdən sağaltmaqdır.

- Onurğa xəstəlikləri zamanı özünümüalicə nə dərəcədə təhlükəlidir? Təyinat olmadan korsetdən istifadə, müəyyən idman hərəkətlərinin icrası xəstəliyi ağırlaşdıra bilər?

- Bir çox valideynlər “zamanla skolioz düzələr” deyib problemi ciddiyə almır, bir qrup isə özünümüalicə yolunu seçir. Yəni “filankəsin də uşağı belə idi, üzgüçülüyə getdi düzəldi, korset taxdı, sağaldı” tipli yanaşmalar tamamilə yanlışdır. Qonşunun uşağında skoliozun başqa növü və ya onurğanın başqa problemi ola bilər. Hətta elə ola bilər ki, qonşunun uşağında əldə olunan müsbət nəticə sənin övladında ağırlaşmalara səbəb ola bilər. Üzgüçülüyün elə növləri var ki, skoliozun müalicəsində əks göstərişdir. Məsələn S-vari skolioz zamanı önə üzmək olmaz, həmin pasiyentlər arxası üstdə üzməlidirlər. Eyni yanaşmanı idman hərəkətlərinə və özbaşına korset taxılmasına da şamil etmək olar. Bəli, şübhəsiz ki, idman faydalıdır. Amma baxır hansı onurğa xəstəliyi zamanı hansı hərəkət edilməlidir. Korset taxmaq məsələsində diqqətli olmaq lazımdır. Şəxsən mən xəstələrə korset taxmağı tövsiyə etmirəm. Elə olub ki, 4-cü dərəcə skoliozu da düzgün müalicə metodu ilə sağaltmışam.

Bir daha vurğulamaq istəyirəm ki, mütəxəssis göstərişi olmadan verilən qərarlar xəstəliyi ağırlaşdıra bilər. Eyni ilə mütəxəssis seçimində də diqqətli olmaq vacibdir. Bu yaxınlarda müraciət edən azyaşlı xəstə 9 ay mütəmadi olaraq korset taxsa da, onu bunu tövsiyə edən “mütəxəssis” bir dəfə olsun xəstənin vəziyyətini öz gözləri ilə görməyib, nəticə ilə maraqlanmayıb. Xəstə bizə ağırlaşmış vəziyyətdə müraciət etmək məcburiyyətində qalmışdı…

- Skoliozun ilkin əlamətlərini necə müəyyən etmək olar?

- Əgər uşaq aqressivdirsə, tez əsəbiləşirsə, yaddaş zəifliyi, yuxu problemləri yaranıbsa, qısa məsafədə gəzəndən sonra yorulursa, gecə yuxudan ayılıb ayağının ağrıdığını deyirsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Xəstəlik irəlilədikcə uşaqların hətta səs tonları da dəyişir, çünki daxili orqanları bundan zərər görür. Fəqərələr, sinirlər sıxıldığı üçün xəstəlik uşaqlarda boy artımında da problem yaradır. İki kurs müalicədən sonra boyu 5 santimetr artan pasiyentlər var.

Ağrılara gəlincə, onu bir çəkən və bir də biz həkimlər bilirik ki, skoliozun səbəb olduğu ağrılar nə dərəcədə dözülməzdir. Hər zaman təkrar edirik ki, problem nə qədər tez aşkarlanarsa, müalicəsi də bir o qədər asan olar.

- Skolioz daxili orqanlara təsir edirmi və orqanizmdə başqa hansı problemlər yarada bilir?

- Onurğa sütununun əyilməsi digər orqanlara da təsir edə bilir. Döş qəfəsində əyrilik varsa, bu, ağciyərlərə də təsir edir. Hər bir fəqərə arasından keçən sinir bir neçə orqana gedir. Onurğa xəstəlikləri birbaşa ağciyər xəstəliklərinə səbəb olur, ürək əzələsinin oksigenlə təminatı azalır, qidalanması zəifləyir. Daxili orqanlar bir-biri ilə əlaqəli olduğundan bir orqanda yaranan problem digərini də təsirsiz ötüşmür.

- Xəstəliyin tam müalicəsi mümkündürmü?

- Təəssüf ki, xəstəlik 4-cü dərəcəyə çatanda onu tam aradan qaldırmaq mümkün olmur, lakin 4-cü dərəcədən 1-ci dərəcəyə gətirə bilirik. Vizual olaraq dəyişir. Xəstənin ağrıları aradan qalxır, özünü xoşbəxt hiss edir. Başlıcası, müalicəyə erkən başlamaqdır. Uşaqlarda həmin problem 17-18 yaşa qədər müşahidə olunur, hər 3-6 aydan bir müalicə tətbiq edərək skoliozun dərəcəsini artmağa imkan vermirik.

- Bir mütəxəssis kimi nələri tövsiyə edərdiniz?

- Tövsiyələr əlbəttə ki, çoxdur. Uşaq dünyaya gələndə valideynlərə sevinc hissi bəxş etməklə yanaşı, onların həyatına yeni vərdişlər gətirir, üzərilərinə öhdəliklər qoyur. Övlad dünyaya gəldikdən sonra əsl valideynlik missiyası başlayır. Fiziki və sağlam övlad böyütmək, onu cəmiyyətə yararlı fərd olaraq yetişdirmək diqqət və məsuliyyət tələb edir. Təəssüf ki, bu gün bəzi ana-atalar mobil telefonları həyatlarının ayrılmaz hissəsinə çeviriblər, uşaq isə ikinci plana keçib. Ailə böyük faktordur. Xüsusilə ana övladının sağlam fərd kimi yetişməsi üçün çox diqqətli olmalıdır. Məsələn, bu gün 6 aylıq körpəni “Xodunok”a qoyan və ya “uşağım 6 ayında otura bilir” deyən ana dərk etməlidir ki, körpənin sümükləri bərkiməyib, tələskənlik və yol verdiyi səhvlər ciddi xəstəliklərə səbəb ola bilər. Uşağın qidalanması, təmiz hava alması, mobil telefon və planşetlərdən uzaq olması da çox vacibdir. Onurğa sütununda deformasiyaların yaranmaması üçün vaxtında uşaqlara düzgün yerimək, xüsusilə məktəb yaşlı uşaqlarda partada düzgün oturmaq kimi vərdişləri aşılamaq lazımdır. Uşaqlar çantanı bir çiyinlə götürməməli, onu hər iki çiyinə taxmalıdırlar. Smartfonla, planşetlə saatlarla vaxt keçirmək olmaz. Uşaqların həyatına mütləq şəkildə idmanı daxil etmək lazımdır. Ən əsası isə heç olmasa analar uşaqlarının paltarını dəyişərkən kürəyinə nəzər yetirsin və onurğanın düzlüyünə, çanaqların simmetriyasına diqqət etsinlər. Unutmaq olmaz ki, sağlamlıq düzgün həyat tərzindən başlayır.

Psixoloq-fizioterapevt Dürdanə Musayeva

(050) 465 25 73

https://www.instagram.com/p.f.t.durdana_musayeva/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda