Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Sadiq Bəbirov: Mobil telefonlardan mütəmadi istifadə yeniyetmələrdə qalxanabənzər vəzi xərçənginə səbəb olur

Son zamanlar tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi, ölkəmizdə də sürətlə artmaqdadır. Xüsusilə son illər qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Statistikaya görə, hazırda ölkədə artım sayına görə şəkərli diabetdən sonra ikinci yerdə məhz həmin xəstəlik dayanır. Əvvəllər xəstəliyə əsasən 40 yaşdan yuxarı olanlarda təsadüf edilirdisə, indi zob xəstəlikləri nəinki “cavanlaşıb”, hətta “uşaqlaşıb”.

Endokrin Mərkəzin baş həkimi cərrah-endokrinoloq Sadiq Bəbirov qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı sualları cavablandırıb.

-Sadiq həkim, son vaxtlar endokrinoloji problemlərdən əziyyət çəkən xəstələrin sayının artması narahatlıq doğurur. Orqanizmdə hansı narahatlıqlar hiss olunarkən qalxanabənzər vəzi xəstəliklərindən şübhələnmək olar?

- Qəbul edilən keyfiyyətsiz qidalar, ekoloji faktorlar, irsi xəstəliklərin çoxalması, şüalanma, oturaq həyat tərzi, piylənmə, mübadilə pozuntuları və s. kimi amillər həmin xəstəliyi yaradan səbəblərdir. Qeyd etmək lazımdır ki, dünyada əhali sayının artması adambaşına düşən xəstəlik sayının çoxalmasına səbəb olur. Müasir dövrdə altı aydan bir, heç olmasa ildə bir dəfə ultrasəs müayinəsindən keçərək qalxanabənzər vəzinin hormonlarının yoxlanılması həmin xəstəliyin vaxtında aşkarlaması üçün vacibdir. Çünki bəzən xəstəliklər əlamətsiz keçir və müayinə zamanı təsadüfən aşkarlanır. Qan göstəricilərinə əsasən isə xəstələrdə haşimoto xəstəliyi, zəhərli zob və hormonal çatışmazlıqlar müəyyən olunur. Toxumaların strukturunda baş verən hansısa formada dəyişikliklər əsasən hiss edilmir və uzun illər bundan xəbərsiz yaşayanlar var. Elə olur ki, bəzən ömürboyu müayinəyə getməyən pasiyent 70 yaşında qalxanabənzər vəzini ultrasəs müayinəsi ilə yoxlatdırarkən aşkarlanır ki, vəzi tamamilə düyünlərdən ibarətdir və ölçüsü böyüyüb. Lakin xəstə o vaxta qədər narahatlıq hiss etməyib, heç bir sağlıq problemi ilə üzləşməyib.

-Hansı əlamətlərə diqqət yetirmək lazımdır?

- Qalxanabənzər vəzinin funksiyasının azalmasının əlamətləri zəiflik, yorğunluq, quru dəri, qəbizlik, gün ərzində yuxulu olmaqdır. Hansısa bir işi görmək üçün gücün, enerjinin olmamağı əsas əlamət sayılır. Lakin həmin hal sadəcə yuxusuzluq və ya yorğunluqla da əlaqədar ola bilər. Qalxanabənzər vəzinin funksiyasının artmasının əlamətləri isə əksinə, hipermetabolizm, maddələr mübadiləsinin sürətinin artması, ürək döyüntüsü, bədən istiliyi, tərləmə, emosional qıcıqlanma, bədəndə, əllərdə titrəmə və səbəbsiz arıqlamadır. Xərçəng xəstəliyi zamanı isə nəfəs borusu sıxıla bilər, boğulma, yemək yeyərkən çətinlik və səsin batması müşahidə edilə bilər. Əgər boyunda diskomfort hissi varsa, qalxanabənzər vəzinin hormonları mütləq yoxlanılmalı və ultrasəs müayinəsi aparılmalıdır.

-Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasını hansı faktorlar sürətləndirə bilər?

- Uzunmüddətli xroniki stres, düzgün qidalanmamaq, gecə yuxusuzluğu, energetik içkilər, virus və bakteriyalar, qanda laxtalanma, alkoqol qəbulu, siqaret çəkmək, zəhərli maddələr qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasına səbəb olur. Əgər nəzərə alsaq ki, qalxanabənzər vəzi saat 23:00-dan sonra fəaliyyət göstərir, gecə növbəsində çalışmaq, gec yatmaq hormonal disbalansa, beləliklə də endokrinoloji problemlərə aparıb çıxarır.

Burada irsi faktorların da rolu var. Əgər ailənin bir üzvündə, xüsusilə ana xətti ilə zob varsa, ailənin digər üzvlərində də xəstəliyin aşkarlanması mümkündür.

-Qalxanabənzər vəzi xəstəlikləri arasında daha çox hansılara rast gəlinir?

-Qalxanabənzər vəzi xəstəlikləri arasında zob xəstəliyinə daha çox rast gəlinir. Təxminən hər üç nəfərdən birində həmin xəstəlik müşahidə olunur. Bəzən düyünlər boğaza toxunanda hiss olunur, bəzən də ultrasəs müayinəsi zamanı üzə çıxır. Qalxanvari vəzidə aşkarlanan hər düyün qorxulu deyil. Həmin düyünlərin yalnız 10 faizi bədxassəli olur. Əgər düyünlərdən ultrasəs müayinəsi zamanı şübhə halı varsa, xəstəyə biopsiya olunmaq məsləhət görülür.

- Hansı hallarda əməliyyat tibbi göstərişdir?

- Əməliyyata tibbi göstəriş ildən-ilə dəyişir. Əgər 25 il əvvəl 1 santimetr ölçüsündə düyün əməliyyata göstəriş idisə, hazırda ona yanaşma dəyişib. 4 santimetrə qədər düyün xoşxassəlidirsə, heç bir şikayət yoxdursa, əməliyyata ehtiyac qalmır. Əgər şübhəli düyündürsə, biopsiyada xərçəng və ya şübhəli hüceyrələr aşkar edilərsə, düyünün ölçüsündən asılı olmayaraq əməliyyat olunmalıdır. Bu gün əhali arasında kütləvi olaraq ultrasəs müayinəsi aparılsa, yoxlanılanların 60-70 faizində düyün olduğunu görərik. Bu, heç də onların hamısının xərçəng xəstəsi olması demək deyil.

Statistika göstərir ki, 100 xəstədə düyün əlamətləri varsa, onun yalnız 5-i xərçəngə keçir. Xoşxassəli düyün 1-3 faiz hallarda bədxassəli şişə çevrilə bilər. Qalan bütün hallarda düyünlü zob xoşxassəli olur. Ona görə də düyünlü zobu olanlar mütləq vaxtında ultrasəs müayinəsindən keçməli, ixtisaslı həkimə müraciət etməlidirlər. Onu da qeyd edim ki, kişilərdə qadınlara nisbətən risk faizi daha yüksəkdir. Əgər qadınlarda 100 düyünün yalnız 5-i xərçəngə keçirsə, kişilərdə həmin göstərici on dəfə yüksəkdir. Hər 100 kişidən 20-30-da xərçəngə çevrilmə riski var.

-Gecikmə hansı ağırlaşmalara səbəb olur?

-Xərçəngin ilkin mərhələlərində əməliyyat olunan xəstələr tam sağalaraq həyata qayıdırlar. Qocalıb dünyasını dəyişdikləri zaman da onların ölüm səbəbi xərçəng xəstəliyi ilə əlaqədar olmur. Amma gecikdirilmiş hallarda xərçəng tam olaraq yayılaraq vəzi tuta bilər, boynun limfa vəzilərinə və ya uzaq orqanlara metastaz verə bilər. Endokrin sistemin istənilən xəstəliyində gecikmə ağırlaşma verə bilər. Bunun nəticəsində ürək, qaraciyər kimi həyati vacib orqanlar sıradan çıxa bilər.

Bəzən xəstələr əməliyyatdan qorxduqları, həkimlər tərəfindən düzgün istiqamətləndirilmədikləri üçün müalicəyə gecikirlər. Ölüm riski, səsinin batmasından çəkinən xəstə əməliyyat olunmaqla razılaşmaq istəmir. Xəstə 6 ay, 1 il müddəti üçün ona yazılan dərmanları illərlə qəbul edir. Bu isə orqanizmdə fəsadlar yaradır. Hər bir gecikdirilmiş əməliyyat, hər bir ağırlaşma isə həyati risk daşıyır.

- Təəssüf ki, qalxanabənzər vəzinin xərçəngi uşaq və yeniyetmələr arasında da çoxdur…

-Ona görə də valideynlərə xitabən demək istəyirəm ki, uşaqları mobil telefonlar, planşet və şüalanmadan qorumaq lazımdır. Aparılan araşdırmalar, sorğular, hər gün üzləşdiyimiz mənzərədən çıxış edərək deyə bilərəm ki, mobil telefonlardan mütəmadi istifadə azyaşlı və yeniyetmələr arasında qalxanabənzər vəzinin xərçənginə səbəb olur. Heç bir valideyn istəməz ki, övladı xərçəngə yoluxsun. Elə hallar olur ki, 14-15 yaşlı uşağı müayinə edərkən onda xərçəng xəstəliyi aşkar olunur. Araşdırma və sorğu aparılarkən məlum olur ki, ailə üzvlərindən heç birində həmin xəstəlik yoxdur. Lakin uşaq gecə-gündüz mobil telefonu əlindən yerə qoymur və təəssüf ki, şüalanmaya ilk məruz qalan orqan qalxanabənzər vəzidir. Əgər belə davam etsə, yaxın 5-10 il ərzində gənc nəsil arasında xərçəngdən dünyasını dəyişənlərin sayı artacaq. Heç kəs xəstəlikdən sığortalanmayıb. Qalxanabənzər vəzinin sağlamlığını qorumaq üçün spirtli içki qəbul etmək, siqaret çəkmək və şüalanmadan uzaq olmaq, sağlam həyat tərzi yaşamaq vacibdir. Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda məhz stres və qeyri-sağlam qidalanma, passiv həyat tərzidir.

- Bir həkim kimi tövsiyələrinizi eşitmək istəyərdik…

-Hər kəs Allahın verdiyi ömrü yaşayır və heç kəs ona verilmiş ömür payından artıq yaşamır. 100-120 il və daha uzun ömür sürən insan da bir gün dünyasını dəyişir. Neçə il yaşamağından asılı olmayaraq hər kəs bir gün dünyadan köçür. Sağlamlığı da, xəstəliyi də verən Allahdır. Bəzən elə ağır əməliyyatlarla üzləşirik ki, ümidin azaldığı və hətta itdiyi anda xəstəni yenidən həyata qaytarır, ağır vəziyyətdən çıxarır. Bəzən də ümidlə yanaşıldığı halda həyat işığı sönür. Həkimlər yalnız vasitəçidirlər. Allahın izni olarsa, ona hər vaxt yardım etmək və vəziyyətdən çıxarmaq olar. Ona görə də bizə bəxş olunan həyatı sağlam və xoşbəxt yaşayıb başa vurmaq üçün vaxtında sağlamlığımızın qeydinə qalmalıyıq.

Əlaqə: (012) 514 45 01, 012 514 45 02

Mobil :050 210 23 44

https://www.instagram.com/sadiqbabirov/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir