İQTİSADİYYAT
® “Toxumçuluq və Tingçilik” şirkəti “Caspian Agro 2023” sərgisində sizi stendinə dəvət edir
Kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalı, idxalı və satışı məqsədilə yaradılan “Toxumçuluq və Tingçilik” şirkəti may ayında keçiriləcək “Caspian Agro 2023” sərgisində iştirak edəcək. 2019-cu ildə yaradılan şirkətin mərkəzi ofisi - Bakı şəhərində, əkin sahələri - Füzuli, Qubadlı və Zəngilan rayonlarının, emal və tədarük infrastrukturu isə İmişli və Beyləqan rayonlarında yerləşir. Əsas fəaliyyət istiqamətləri buğda, arpa, qarğıdalı, yonca bitkilərinin toxumlarını istehsal etməkdir.
Şirkət Rusiya və Türkiyədən gətirilən yeni məhsuldar, xəstəliklərə və quraqlığa davamlı sortların sınağını aparmaqla sortların seçimini həyata keçirir. Eyni zamanda hibrid qarğıdalı toxumu istehsalı məqsədilə Türkiyədən hibridlərin saf xətləri gətirilərək Azərbaycanda istehsal edilir. Saf xətlərin yetişdirilməsini Azərbaycanda qurmaq əsas məqsədlərdən biridir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün fəaliyyət göstərən “Caspian Agro” sərgisi bu il də keçiriləcək. May ayının 17, 18 və 19-u baş tutacaq sərgidə 200-ə yaxın şirkət iştirak edəcək. “Toxumçuluq və Tingçilik” MMC də bu şirkətlər arasındadır. Şirkətin sərgidəki stendində buğda, arpa, qarğıdalı, yonca bitkilərinin toxumları nümayiş ediləcək. Həmçinin şirkətin əməkdaşları fermerlərə faydalı məsləhətlər verərək, bol məhsul üçün lazım olan prosedurlar haqqında məlumatlandıracaqlaq.