CƏMİYYƏT
® Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçiriləcək
![® Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçiriləcək](/files/2023/3/1200x630/17001287201166562426_1200x630.jpg)
Noyabrın 27-28-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək. Tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan Florence Nightingale Xəstəxanalar Qrupunun, “Humana” və “World Medicine” şirkətlərinin dəstəyi ilə təşkil olunacaq.
Konqresdə noyabrın 27-də mama-ginekologiyaya dair, noyabrın 28-də isə neonatologiya və pediatriyaya dair aktual mövzuların müzakirəsi aparılacaq. Tədbirdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Noyabrın 27-də elmi konqresin işində mama-ginekoloq və uroloq, noyabrın 28-də isə neonatoloq, pediatr, uşaq cərrahı, ürək-damar cərrahı, kardioloq, toksikoloq, allerqoloq və anestezioloq-reanimatoloq ixtisasına malik həkim və rezidentlər iştirak edə bilər.
Konqres əyani olaraq Bakı şəhərində Badamdar oteldə, distant olaraq isə ZOOM platformasında keçiriləcək.
Eyni zamanda konqres çərçivəsində noyabrın 27-də pediatr və neonatoloqlar üçün "Doğum zalında neonatal reanimasiya", noyabrın 28-də isə mama-ginekoloqlar üçün "Kolposkopiya" kursu keçiriləcək.
Kurslar əyani olaraq İngiltərədən və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil ediləcək. Kurslar Mərkəzi Gömrük Hospitalında göstərilən tarixlərdə saat 14:00-dan18:00-dək keçiriləcək.
Konqresdə və kurslarda iştirak ödənişsizdir.
Tədbirin akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/.../uploads/2023/11/proqram.pdf
Konqres üçün qeydiyyat linki: https://forms.gle/6Mp9JV7DxqTrgxb28
Kurslar üçün qeydiyyat linki: https://forms.gle/XRz5n1UsTL21XorT8