® “Unibank” şəhid övladları üçün keçirilən bayram tədbirinə dəstək olub
Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib.
“Unibank” Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən “Zəfərin uşaqları” adlı bayram tədbirinə dəstək verib. Tədbir çərçivəsində şəhid ailələrinin Qubaya səfəri təşkil edilib və “Quba Arena Hotel”də Zəfər Günü qeyd olunub. Bayram tədbirində şəhid övladları üçün əyləncə proqramları, viktorinalar təşkil edilib, şəhid övladlarına müxtəlif hədiyyələr verilib. Şəhidlərimizin adlarının qeyd olunduğu xatirə hədiyyələri də tədbirə qatılan şəhid övladlarına təqdim edilib.
“Unibank” öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildən bu yana isə Bankın KSM tədbirlərində şəhid və qazilərimizlə bağlı layihələr prioritet istiqamət seçilib.
“Unibank” - Sənin Bankın!