"Azərbaycan Kredit Bankı"nın bank lisenziyası ləğv edilib
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 nömrəli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bank lisenziyasının ləğvi barədə qərar 2015-ci il iyulun 16-da qüvvəyə minəcəkdir.
Məlumat verildiyi kimi, 2015-ci il iyulun 13-dən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "Azərbaycan Kredit Bankı" ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı bankda idarəetməni həyata keçirir.
Azərbaycan Respublikası Mərkəzi Bankı bir daha bildirir ki, "Azərbaycan Kredit Bankı"nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]