Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Bakı, 9 may, AZƏRTAC

Ölkəni məhv olmaq təhlükəsindən xilas edən, dövləti qurub yaradan, ömrünü xalqa həsr edən insanları dahi şəxsiyyət adlandırırlar. Tarix isə görkəmli siyasi xadimləri çox nadir hallarda yetişdirir və bu xoşbəxtlik hər millətə nəsib olmur. Çünki müdrik şəxsiyyətlər xalqların taleyinə təsir göstərmək gücünə malikdirlər. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rol oynamış əbədiyaşar lider kimi yadda qalıb. Məhz Ümummilli Liderin adı bilavasitə xilaskarlıq missiyası və genişmiqyaslı quruculuq fəaliyyəti ilə bağlıdır.

Bu fikirlər Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Əliyevanın “Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Liderlik fenomeni və xilaskarlıq missiyası: xalqa xidmət nümunəsi

Heydər Əliyevin fəaliyyətinin hər bir mərhələsinə nəzər saldıqda aydın görünür ki, Ulu Öndər ömrü boyu xalqın və dövlətin mənafeyinə xidmət etmiş, bu şərəfli yolda daim fədakarlıqla çalışmışdır. Belə ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrü bu müqəddəs amallar uğrunda sədaqətli xidmətin bariz nümunəsi kimi xarakterizə etmək olar.

1992-ci il oktyabrın 16-də məşhur “91-lər”in “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciət həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində mühüm tarixi əhəmiyyət daşıyan addım kimi qiymətləndirilir. Ölkədə hökm sürən qeyri-sabitlik, idarəetmədə yaşanan böhran və gələcəyə inamsızlıq cəmiyyətdə yeni siyasi qüvvəyə ehtiyac yaratmışdı. Məhz bu şəraitdə irəli sürülən təşəbbüs geniş ictimai dəstək qazandı və qısa müddət ərzində mütəşəkkil siyasi hərəkatın formalaşmasına zəmin yaratdı.

Bu prosesin məntiqi davamı olaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Bu əlamətdar hadisə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələ kimi tarixə düşdü. Təsis konfransında qəbul olunan qərarlar partiyanın ideoloji əsaslarını formalaşdırdı, milli maraqlara əsaslanan siyasi xətt müəyyən edildi. Qısa müddət ərzində geniş ictimai dəstək qazanan bu siyasi qüvvə ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa başladı və sonrakı dövrdə sabitliyin təmin olunmasına, dövlətçiliyin möhkəmlənməsinə mühüm töhfələr verdi.

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı xalqımızın taleyində mühüm dönüş nöqtəsi oldu. Onun zəngin siyasi təcrübəsi və qətiyyətli qərarları nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət strukturlarının fəaliyyəti təmin olundu və gələcək inkişaf üçün möhkəm təməl formalaşdırıldı. Bu keşməkeşli dövr dövlətçilik tarixində qurtuluş mərhələsi kimi qiymətləndirilir.

Sabitlikdən inkişafa: müstəqil dövlət quruculuğunun ideoloji əsasları

1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və siyasi iradəsi ilə imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi ölkəmizin siyasi-iqtisadi mövqeyində fundamental dönüş nöqtəsinə çevrildi.

Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunun möhkəm təməli formalaşdırıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendum (ümumxalq səsverməsi) nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bununla paralel olaraq, ana dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi, milli-mədəni irsin sistemli şəkildə təbliği dövlət siyasətinin prioritetlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyev milli ideologiya məsələsinə xüsusi həssaslıqla yanaşmış, dövlətin ideoloji əsaslarının formalaşdırılmasını strateji prioritet kimi müəyyən etmişdir. Onun məqsədyönlü və ardıcıl siyasəti nəticəsində azərbaycançılıq ideologiyası təkcə siyasi baxışlar sistemi deyil, həm də cəmiyyətin birləşdirici gücünü ifadə edən fundamental milli konsepsiya səviyyəsinə yüksəlmişdir. Bu ideologiya milli birliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunub saxlanılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi kimi mühüm vəzifələri özündə ehtiva etmişdir. Ulu Öndərin bu istiqamətdə atdığı addımlar cəmiyyət daxilində ideoloji sabitliyin formalaşmasına, milli özünüdərkin güclənməsinə və dövlətə olan inamın artmasına ciddi töhfə vermişdir.

Eyni zamanda, azərbaycançılıq məfkurəsi ölkənin uzunmüddətli inkişaf strategiyasının ideoloji dayağı kimi çıxış etmiş, dövlət idarəçiliyində milli maraqların üstün tutulmasına şərait yaratmışdır. Bu yanaşma müxtəlif sosial qrupların bir amal ətrafında birləşməsinə, sabitliyin və ictimai həmrəyliyin təmin olunmasına xidmət etmişdir. Nəticə etibarilə, milli ideologiyanın formalaşması dövlət quruculuğunun möhkəm təməl daşlarından birinə çevrilmişdir.

Balanslaşdırılmış xarici siyasət: milli maraqları təmin edən amil

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən xarici siyasət kursu milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq reallıqları nəzərə alan yanaşma ilə səciyyələnmişdir. Bu siyasətin əsas məqsədi dövlətin beynəlxalq aləmdə etibarlı və nüfuzlu aktor kimi möhkəmlənməsini təmin etmək olmuşdur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin beynəlxalq əlaqələri yeni mərhələyə qədəm qoymuş, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri genişləndirilmişdir. Bu proses həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edərək çoxşaxəli xarakter daşımışdır.

Xarici siyasətin balanslı xarakteri dövlətin maraqlarının qorunmasında çevik və düşünülmüş diplomatik addımların atılmasını təmin etmişdir. Nəticədə, ölkə beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunmuş, regional və qlobal əməkdaşlıq platformalarında fəal iştirak edən mühüm aktorlardan birinə çevrilmişdir. Bu balanslaşdırılmış xarici siyasət xətti dövlətin beynəlxalq mövqeyinin möhkəmlənməsində, iqtisadi inteqrasiyanın genişlənməsində və strateji tərəfdaşlıqların qurulmasında həlledici rol oynamışdır.

Uzaqgörən siyasəti sayəsində Azərbaycanın hər sahədə mütərəqqi inkişafını və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Ümummilli Lider Heydər Əliyev həmin istiqamətdə göstərdiyi gərgin səylərlə yanaşı, Cənubi Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi naminə uğurlu fəaliyyəti ilə də hər zaman hörmət və ehtiramla xatırlanacaqdır. Onun dəyərli töhfələri ilə reallaşdırılan irimiqyaslı layihələr dövlətlər və xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Sarsılmaz təməllər üzərində qurulan bu əlaqələr hazırkı dövrdə uğurla inkişaf etdirilir.

Dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlı üçün şərəfli vəzifədir”.

Media siyasəti: demokratik dəyərlərin təşviqi

Ulu Öndər Heydər Əliyevin fəaliyyətində mətbuatın inkişafı və söz azadlığının təmin olunması xüsusi yer tutmuşdur. O, kütləvi informasiya vasitələrini cəmiyyətin inkişafında mühüm amil kimi qiymətləndirir, mətbuatın dövlət və xalq arasında körpü rolunu oynadığını daim vurğulamışdır. Ümummilli Liderin rəhbərliyi dövründə mətbuatın fəaliyyətinin genişləndirilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılmışdır.

Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması bu sahədə yeni mərhələnin əsasını qoydu və söz azadlığının təmin olunması baxımından tarixi əhəmiyyət kəsb etdi. Senzuranın aradan qaldırılması ilə kütləvi informasiya vasitələri daha sərbəst fəaliyyət göstərmək imkanı əldə etdi, cəmiyyətdə fikir plüralizmi genişləndi.

Ulu Öndər mətbuatın yalnız azad deyil, həm də məsuliyyətli olmasının vacibliyini önə çəkirdi. O qeyd edirdi ki, jurnalistlər obyektiv, qərəzsiz və peşəkar fəaliyyət göstərməli, cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət etməlidirlər. Bu baxımdan, jurnalistikanın etik prinsiplərə əsaslanması və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində də mühüm təşəbbüslər irəli sürülürdü.

Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılması idi. Onun təşəbbüsü ilə qəzet və jurnallara dövlət dəstəyi göstərilmiş, çap imkanlarının genişləndirilməsi üçün şərait yaradılmış, media qurumlarının fəaliyyətinin davamlılığı təmin olunmuşdur. Eyni zamanda, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəaliyyətinə dövlət qayğısının artırılması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Ümummilli Lider mətbuatın cəmiyyətin maarifləndirilməsində rolunu da yüksək qiymətləndirirdi. O, medianın milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun aşılanması və ictimai şüurun formalaşmasında əvəzsiz rol oynadığını bildirirdi. Bu səbəbdən də mətbuatın inkişafı yalnız informasiya sahəsinin deyil, bütövlükdə cəmiyyətin inkişafının vacib tərkib hissəsi kimi dəyərləndirilir.

Ümumilikdə, Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rol oynamış, müasir media mühitinin formalaşmasına zəmin yaratmışdır. Onun müəyyən etdiyi prinsiplər bu gün də aktual olaraq qalır və mətbuatın azad, peşəkar və məsuliyyətli fəaliyyətinin təmin olunmasında mühüm istiqamətverici rol oynayır.

Qətiyyətli siyasi iradə: şanlı Zəfərə doğru

Dahi şəxsiyyətin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması, tarixi ədalətin bərpası idi. Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırıldı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, erməni yalanları ifşa edildi.

Ümummilli Lider torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əminliyini ifadə edirdi. Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciəti bu əminliyin təsdiqi oldu. “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə qeyd edən Ulu Öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.

Tarixi ədalətin bərpası və yeni strateji hədəflər

2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev hər bir vədini konkret əməli işlə təsdiqləmiş və ata vəsiyyətini yerinə yetirərək xalqımızı şanlı Zəfər zirvəsinə yüksəltmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad etmişdir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayıb, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı xalqımızda böyük qürur hissi doğurur. Bu torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən salınır və sosial obyektlər istifadəyə verilir. Eyni zamanda, iqtisadi fəaliyyətin canlandırılması, yeni iş yerlərinin açılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır. Bütün bunlar həmin ərazilərin yenidən dirçəldiyini və bölgələrdə davamlı inkişafın əsaslarının formalaşdırıldığını göstərir.

Nəticə etibarilə, qalib xalqın qalib Lideri İlham Əliyev strateji hədəfləri reallığa çevirməklə sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Heç şübhəsiz, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb