Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Bakı, 9 may, AZƏRTAC
Bərdə rayonunda yerləşən iki mağazada quraşdırılan və kassalarında ümumilikdə 40 min manat maddi vəsait olan ödəmə terminalları naməlum şəxslər tərəfindən oğurlanıb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [17:50]
“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti
- 09.05.2026 [17:15]
45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu
- 09.05.2026 [14:56]
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
- 09.05.2026 [12:38]
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]