Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Bakı, 9 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti yalnız siyasi və dövlətçilik sahəsində deyil, iqtisadi inkişaf strategiyasının formalaşdırılması baxımından da mühüm tarixi mərhələ təşkil edir. Azərbaycan iqtisadiyyatının bugünkü dayanıqlı inkişaf modeli, sahibkarlığın güclənməsi, regionların sosial-iqtisadi dirçəlişi, özəl sektorun genişlənməsi və ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyası məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı tarixi rola nəzər saldıqda aydın görünür ki, bu siyasət təkcə bir dövrün iqtisadi proqramı deyil, müasir Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasətin əsasında məhz Heydər Əliyev məktəbi dayanır: “Azərbaycan müstəqilliyinin ilk illərində ölkə dərin iqtisadi böhran, idarəetmə xaosu, hiperinflyasiya və istehsalın kəskin azalması ilə üz-üzə idi. Dövlət institutlarının zəiflədiyi, sənaye müəssisələrinin dayandığı, işsizliyin artdığı bir şəraitdə iqtisadiyyatın dirçəldilməsi ciddi siyasi iradə və strateji baxış tələb edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, iqtisadi islahatların da əsasını qoydu. O, yaxşı anlayırdı ki, güclü dövlət yalnız güclü iqtisadiyyat üzərində qurula bilər. Ulu Öndərin iqtisadi siyasətində prioritetlərdən biri sahibkarlığın inkişafı və özəl sektorun formalaşdırılması idi. Sovet iqtisadi modelindən bazar iqtisadiyyatına keçid dövründə Azərbaycanda yeni iqtisadi münasibətlərin qurulması asan proses deyildi. Lakin Heydər Əliyev öz uzaqgörən siyasəti ilə sahibkarlığın dövlətin əsas dayaqlarından birinə çevrilməsini təmin etdi. Onun rəhbərliyi ilə qəbul edilən qanunlar, iqtisadi islahatlar və normativ-hüquqi baza Azərbaycanda biznes mühitinin formalaşmasına imkan yaratdı. Məhz həmin dövrdə vergi sisteminin yenidən qurulması, sahibkarların fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması, sərbəst bazar münasibətlərinin təşviqi istiqamətində mühüm addımlar atıldı. Vergi siyasətində şəffaflıq və təşviqedici mexanizmlər ön plana çəkildi. Ulu Öndər yaxşı bilirdi ki, sahibkara yaradılan əlverişli şərait dövlət büdcəsinin, məşğulluğun və ümumi iqtisadi inkişafın əsas mənbəyinə çevriləcəkdir”.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasının mühüm istiqamətlərindən biri də ölkədən getmiş iş adamlarının Azərbaycana qaytarılması və onların investisiya imkanlarının milli iqtisadiyyata yönəldilməsi idi: “O dövrdə xaricdə yaşayan azərbaycanlı iş adamları dövlət tərəfindən dəstəklənməyə başlandı, onların ölkəyə sərmayə yatırması üçün hüquqi və iqtisadi təminatlar yaradıldı. Bu siyasət milli biznes təbəqəsinin formalaşmasına və iqtisadiyyatın dirçəldilməsinə mühüm töhfə verdi. Ulu Öndər sahibkarlığın yalnız paytaxt Bakıda deyil, regionlarda da inkişaf etməsini prioritet məsələ hesab edirdi. Çünki iqtisadi inkişafın balanslı və dayanıqlı olması üçün regionların potensialının hərəkətə gətirilməsi vacib idi. Məhz bu siyasətin nəticəsində bölgələrdə yeni müəssisələr yaradıldı, kənd təsərrüfatı və emal sənayesi inkişaf etdirildi, yerli biznes subyektlərinin fəaliyyəti genişləndi. Regionlarda yeni sahibkar nəslinin yetişməsi sosial rifahın yüksəlməsinə, daxili miqrasiyanın azalmasına və məşğulluğun artmasına səbəb oldu. Kiçik və orta sahibkarlığın inkişafı da Ulu Öndərin iqtisadi kursunda xüsusi yer tuturdu. O, iqtisadiyyatın yalnız iri müəssisələr üzərində deyil, çevik və dayanıqlı sahibkarlıq sistemi üzərində qurulmasının vacibliyini vurğulayırdı. Bu məqsədlə sahibkarlara dövlət dəstəyi mexanizmləri formalaşdırıldı, güzəştli kreditlərin verilməsi genişləndirildi, biznes fəaliyyətinə maliyyə çıxış imkanları artırıldı. Özəl bank sektorunun inkişafı da iqtisadiyyatın liberallaşdırılması siyasətinin mühüm hissəsi idi. Azərbaycanda müasir bank-maliyyə sisteminin formalaşması sahibkarlığın inkişafına əlavə stimul verdi”.

Tahir Mirkişili Heydər Əliyevin iqtisadi siyasətindən danışarkən onun müəllifi olduğu neft strategiyasını xüsusi vurğulayıb: “1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində dönüş nöqtəsinə çevrildi. Bu müqavilə ilə Azərbaycan dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanındı, ölkəyə milyardlarla dollar həcmində xarici investisiya cəlb edildi. Neft strategiyası yalnız enerji sektorunun inkişafı demək deyildi. Bu siyasət ölkənin ümumi iqtisadi dirçəlişinin, infrastruktur quruculuğunun, sosial layihələrin və qeyri-neft sektorunun maliyyə bazasını yaratdı. Ulu Öndər neft gəlirlərinin səmərəli idarə olunmasının vacibliyini də ön plana çəkirdi. Bu məqsədlə Dövlət Neft Fondunun yaradılması Azərbaycanın milli sərvətlərinin gələcək nəsillərin rifahına xidmət etməsinə hesablanmış uzaqgörən addım idi. Sonrakı illərdə məhz bu strateji yanaşma ölkənin maliyyə dayanıqlığını təmin edən əsas faktorlardan birinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasəti, regionların sosial-iqtisadi inkişaf proqramları, sahibkarlara göstərilən dövlət dəstəyi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün yeni mexanizmlər tətbiq edilir, innovativ iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu gün Azərbaycan regionun iqtisadi lider dövlətlərindən biridir. Güclü valyuta ehtiyatları, müasir infrastruktur, beynəlxalq nəqliyyat və enerji layihələrində aparıcı rol, ixrac potensialının artması və dayanıqlı sosial inkişaf ölkənin iqtisadi gücünü nümayiş etdirir. Bütün bunların təməlində isə Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf modeli dayanır.

Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın inkişafını yalnız statistik göstərici kimi deyil, dövlət müstəqilliyinin, milli təhlükəsizliyin və xalq rifahının əsas təminatı kimi qiymətləndirirdi. Onun sahibkarlara diqqət və qayğısı, milli biznesin formalaşdırılması istiqamətində atdığı addımlar, iqtisadi islahatlara verdiyi siyasi dəstək bu gün də aktuallığını qoruyur.

Heydər Əliyevin ideyaları və müəyyən etdiyi iqtisadi inkişaf kursu Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb