Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib
Cəlilabad, 9 may, AZƏRTAC
Cəlilabad rayonunda baş verən mübahisə qanlı hadisə ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Nicat Cəbiyev və İlqar Quliyev arasında yaranan mübahisə zamanı Nicat Cəbiyev qarşı tərəfə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.09.2026 [15:32]
Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub
- 03.09.2026 [14:53]
Lənkəranda insan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib
- 03.09.2026 [12:05]
Dağların qoynunda gizlənən möcüzə – Qanslar şəlaləsi VİDEO
- 03.09.2026 [11:34]
Masallı “ASAN Həyat” kompleksinin 10 yaşı tamam olur
- 03.09.2026 [11:21]
Samuxda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək
- 03.09.2026 [09:28]