Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəşəriyyət üçün dahilik nümunəsi

Bəşəriyyət üçün dahilik nümunəsi

Bakı, 9 may, AZƏRTAC

Çoxları ömrünü yalnız özü üçün yaşayır. Amma elə seçilmiş insanlar var ki, xalqına olan sevgisi fonunda özlərini unudurlar, çünki onlar özü üçün yox, xalq üçün yaşayır, xalqı düşünürlər. Belə liderlər sağlıqlarında müqəddəsləşir, ölməzlik qazanırlar. 103 illiyini sevgi ilə qeyd etdiyimiz xalqımızın lideri, böyük öndər Heydər Əliyev də məhz belə nümunə oldu, şərəfli bir ömür yaşayaraq bir xalqın, dövlətin xilaskarına çevrilərək ölməzlik, əbədiyyət qazandı.

Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə o zaman gəldi ki, müstəqil Azərbaycan çökmüşdü, azad yaşamaq haqqımız əlimizdən alınmışdı, ölkəni vətəndaş müharibəsi bürümüş, etnik separatizm alovu içində respublika çabalayırdı. Ordusuz bir dövlətin ərazisi işğal olunur, Vətəni qorumağa borclu olan hərbi birləşmələr antimilli qüvvələrin məkrli niyyətinə xidmət edirdi. İqtisadiyyatı olmayan ölkə humanitar fəlakətin bir addımlığında idi, səriştəsiz daxili və xarici siyasətin nəticəsi kimi Azərbaycan təklənmişdi, ölkəmizə düşmən mövqeyi sərgilənirdi. Beləliklə, mövcud vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gətirildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında

ETN-nin Riyaziyyat PHŞ-nin bərk cisim mexanikası labaratoriyası müdürü, mexanika üzrə fəlsəfə doktoru, dosent Emin Bağırov bildirib.

Cəmiyyətdə parçalanma meyilləri aradan qaldırıldı, müxtəlif bölgələrdə hökm sürən gərginlik yox oldu və milli həmrəylik ideyası ön plana çəkildi. Dövlət idarəçiliyində nizam-intizamın yaradılması, vətəndaşların dövlətə inamının bərpası və ümumi sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atıldı. Bu dövr Azərbaycan tarixində sabitlik və dövlət quruculuğunun möhkəmləndiyi mərhələ kimi yadda qaldı. Eyni zamanda ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, nizami və peşəkar ordunun formalaşdırılması, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Bu, Azərbaycanın suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyırdı. Daxili və xarici siyasətdə də əsaslı dəyişikliklər həyata keçirildi. Dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, diplomatik əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ardıcıl və düşünülmüş siyasət aparıldı. Daxildə isə iqtisadi və sosial sahələrdə sabitliyin yaradılması, dövlət institutlarının gücləndirilməsi prioritet istiqamətlərdən oldu.

Bununla yanaşı vətəndaş cəmiyyətinin formalaşması, milli özünüdərk prosesinin gücləndirilməsi və Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ulu Öndər tərəfindən diqqət mərkəzində saxlanıldı. Cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, dövlətə inamın artırılması və ictimai şüurun formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Bu proses siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, insanların düşüncə tərzinə, milli kimlik hissinə və ümumi vətəndaş mövqeyinə də təsir göstərdi. Milli birliyin möhkəmləndirilməsi və xalqın ortaq dəyərlər ətrafında birləşməsi bu siyasətin əsas nəticələrindən biri oldu. Müxtəlif fikir və baxışlara baxmayaraq, vahid Azərbaycan ideyası cəmiyyətin əsas birləşdirici amilinə çevrildi. Dövlətçilik düşüncəsi daha da gücləndi, xalq arasında həmrəylik və birlik ruhu formalaşdı. Heydər Əliyev ölkəni vətəndaş müharibəsinin ağır və dağıdıcı təsirlərindən çıxararaq sabitliyin bərpasına nail oldu. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qarşıdurmalar aradan qaldırıldı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu və milli birlik möhkəmləndirildi. Bu proses Azərbaycan dövlətçiliyinin bərpası və gələcək inkişafı üçün möhkəm əsas yaratdı.

“Ölkə daxilində və xaricində Azərbaycanın uğurunu istəməyən antimilli qüvvələrin və düşmən dairələrin gözləntilərini puça çıxaran Ümummilli Lider Heydər Əliyev “Əsrin müqaviləsi” kimi tarixi əhəmiyyətli sazişin imzalanmasına nail oldu. Bu mühüm addım Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. Ölkəyə böyük həcmdə xarici sərmayələrin cəlb olunması üçün geniş imkanlar yarandı, enerji sektorunun inkişafı sürətləndi və dövlətin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda bu müqavilə Azərbaycanın siyasi müstəqilliyinin daha da möhkəmlənməsinə və gələcək strateji inkişafının təmin olunmasına mühüm töhfə verdi.

Ordu quruculuğu və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan siyasət ölkənin müdafiə qabiliyyətini yüksəltdi. Bu əsaslar sonrakı illərdə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi üçün mühüm zəmin formalaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və orduya göstərdiyi diqqət nəticəsində Azərbaycan güclü hərbi potensial formalaşdırdı və işğal altında olan torpaqların azad olunması üçün tarixi şərait yarandı. Millətimizin ən böyük dərdi olan Qarabağ azad olundu. Bu qələbənin fundamental əsasları isə məhz Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Məhz bu fövqəladə xidmətlərinə görə hər birimiz Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevə borcluyuq. Bəşəriyyət üçün dahilik nümunəsi olan Ulu öndər bizimlədir, xalqın yaddaşında yaşayır və Azərbaycan var olduqca onun əziz xatirəsi daim yaşayacaq”, - deyə Emin Bağırov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib