İQTİSADİYYAT
"Bakutel-2018" sərgisində 10 milli pavilyon fəaliyyət göstərəcək
Bakı, 3 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 4-dən 7-nə kimi keçiriləcək XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində 10 ölkə milli pavilyonla təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Bakutel-2018" sərgisinə həs olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ, Türkiyə, İran və s. ölkələr öz pavilyonlarında təmsil olunacaqlar. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də pavilyonu olacaq. Həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, yeni yaranan İnnovasiyalar Agentliyinin də stendi fəaliyyət göstərəcək. Sərginin ikinci zalında 25-ə yaxın startapın təqdim edildiyi startap zonası yaradılacaq.