Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar
London, 14 iyun, AZƏRTAC
Böyük Britaniyada rezident həkimlər hökumətin təqdim etdiyi yeni təklifdən sonra planlaşdırılan dörd günlük tətili təxirə salıblar.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tətilin bazar ertəsi günü səhər saat 07:00-da başlaması nəzərdə tutulurdu. Bu, 2023-cü ildən bəri həkimlərin keçirməyi planlaşdırdığı 16-cı tətil aksiyası olacaqdı.
Britaniya Tibb Assosiasiyası bildirib ki, hökumətdən son anda yeni təklif daxil olub. Təklif təşkilat üzvlərinin müzakirəsinə təqdim ediləcək. Qərar Milli Səhiyyə Xidmətində (NHS) gözlənilən növbəti xidmət pozuntularının qarşısını müvəqqəti olaraq alıb. Bildirilib ki, hökumətin yeni təklifi üzvlər tərəfindən qiymətləndiriləcək və növbəti addımlar bundan sonra müəyyənləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]