Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir-  ŞƏRH

Bakı, 14 iyun, AZƏRTAC

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O xatırladıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli proseslərlə üz-üzə qalmışdı: “Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadi tənəzzül sürətlənir, dövlət idarəçiliyi isə iflic vəziyyətinə düşürdü. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

1993-cü ilin iyun hadisələri ölkədə böhranın kulminasiya nöqtəsinə çevrildi. Vətəndaş qarşıdurması və parçalanma təhlükəsi Azərbaycanın gələcəyini sual altına almışdı. Belə ağır və taleyüklü bir məqamda xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət olundu. Azərbaycan xalqı öz xilaskarını seçdi və taleyini etibarlı əllərə tapşırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən Azərbaycan dövlətçiliyinin xilasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və milli birliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirilməyə başladı. Sonralar bu tarixi gün xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qəbul edildi və dövlət bayramı statusu aldı”.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ilk növbədə ölkədə sabitlik təmin edildi: “Dövlət institutları möhkəmləndirildi, separatçılıq meyillərinin qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi. Bu mərhələ yalnız siyasi sabitliyin bərpası deyil, eyni zamanda gələcək inkişafın möhkəm təməlinin qoyulması idi. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilən ən mühüm addımlardan biri 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişinin əldə olunması oldu. Atəşkəs Azərbaycan dövlətinin güclənməsi, iqtisadi potensialının artırılması və müasir ordu quruculuğu üçün əlverişli şərait yaratdı. Məhz həmin dövrdə əsası qoyulan dövlət quruculuğu siyasəti sonradan Azərbaycanın hərbi qüdrətinin formalaşmasına və torpaqlarımızın azad edilməsinə aparan yolun başlanğıcı oldu. Azərbaycanın müasir inkişaf tarixində mühüm dönüş nöqtələrindən biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”dir. Bu sənəd Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, ölkəyə milyardlarla dollar həcmində investisiya cəlb etdi, yeni enerji strategiyasının əsasını qoydu. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kimi nəhəng enerji layihələrinin reallaşması məhz həmin müqavilənin məntiqi davamı oldu. Azərbaycan qısa müddətdə regionun əsas enerji və nəqliyyat mərkəzlərindən birinə çevrildi”.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin ən mühüm nailiyyətlərindən biri də hüquqi dövlət quruculuğu istiqamətində atılmış addımlar idi: “Bu baxımdan 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyənləşdirdi. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit edildi, demokratik idarəçilik mexanizmləri formalaşdırıldı, mülkiyyət toxunulmazlığı, söz və vicdan azadlığı, qanunun aliliyi kimi fundamental prinsiplər öz əksini tapdı.

Əsas Qanun Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə ölkənin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. Bu sənəd müstəqil dövlətçilik ənənələrinin formalaşmasında və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadı. Yeni Konstitusiya bazasında qanunvericilik aktları təkmilləşdirildi, məhkəmə-hüquq sistemində mütərəqqi dəyişikliklər həyata keçirildi. Hüquqi dövlətin əsas prinsipləri - qanunun aliliyi, hakimiyyət bölgüsü və vətəndaş iştirakçılığı bu sənədin mahiyyətində öz əksini tapdı”.

S.Salmanova vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev eyni zamanda, sistemli, uzunmüddətli və strateji xarakterli dövlət quruculuğu siyasəti həyata keçirirdi: “Onun rəhbərliyi ilə iqtisadiyyat bazar mexanizmlərinə uyğunlaşdırıldı, özəlləşdirmə proqramları qəbul edildi, xarici sərmayə üçün əlverişli şərait yaradıldı. Dövlət orqanlarında struktur islahatları aparıldı, vətəndaş cəmiyyəti institutları inkişaf etməyə başladı. Ulu Öndərin xarici siyasət kursu milli maraqlara əsaslanan, təhlükəsizliyi və əməkdaşlığı təmin edən çoxşaxəli bir strategiya idi. Heydər Əliyev qarşılıqlı hörmət əsasında tərəfdaşlıq siyasəti yürüdərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasını və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Ölkəmiz regional və qlobal məsələlərdə fəal iştirak edərək Cənubi Qafqazda mühüm aktora çevrildi. Ulu Öndər Heydər Əliyev gələcəyə hesablanmış siyasi kurs müəyyən etmiş, ölkənin inkişaf trayektoriyasını düzgün formalaşdırmışdı. Onun siyasi irsi, müstəqillik və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır.

Bu strateji kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi yolunda inkişafını inamla davam etdirir.

Davamlı iqtisadi inkişafa, mühüm hərbi potensiala və yüksək beynəlxalq nüfuza malik Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu.

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsi kimi mühüm önəm kəsb edir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq müstəqil və güclü dövlətə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün nəinki regionda, bütövlükdə dünyada nüfuzlu aktor kimi mövqeyini möhkəmləndirib.

Xalq-iqtidar birliyi sayəsində milli maraqlar təmin olunur və dövlətin suverenliyi qətiyyətlə qorunur. Heç şübhəsiz, Heydər Əliyev yolu müstəqil, qalib və qüdrətli Azərbaycana yeni qələbələr bəxş edəcək. Ulu Öndərin əbədiyaşar ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını layiqincə doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni möhtəşəm uğurlar qazandıracaq”, - deputat bildirib.

S.Salmanova həmçinin qeyd edib ki, 15 iyun eyni zamanda Azərbaycan xalqının tarixində bir digər əlamətdar hadisəyə təsadüf edir: “2021-ci il iyunun 15-də cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı. Bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi eyni zamanda regionda yeni geosiyasi düzənin və təhlükəsizlk arxitekturasının əsasını qoydu. Xüsusilə, son vaxtlar coğrafiyamızda və dünyada yaşananlar Şuşa Bəyannaməsinin nə qədər vacib və vaxtında imzalanan bir sənəd olduğunu bir daha təsdiqləyir. Azərbaycan bu gün təkcə öz uğurları ilə deyil, yaratdığı siyasi, diplomatik və iqtisadi reallıqlarla da beynəlxalq münasibətlərin fəal və etibarlı oyunçusuna çevrilib. Qurtuluşdan Zəfərə aparan yol millətimizin əzmini, dövlətimizin gücünü və Liderimizin sarsılmaz iradəsini sübut edən şanlı yoldur. Biz bu yolu ləyaqətlə qorumalı, gələcək nəsillərə daha güclü, daha firavan Azərbaycanı miras qoymalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb