Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Bakutel-2018"də 20 ölkədən 230 şirkət iştirak edəcək

Bakı, 3 dekabr, Elvin Camalov, AZƏRTAC

Dekabrın 4-7-də Bakıda “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı keçiriləcək. “Yüksək texnologiyalar həftəsi” çərçivəsində baş tutacaq ənənəvi “Bakutel” sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

“Bakutel-2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan “Azercell” şirkətidir.

Ənənəvi olaraq, sərgini beynəlxalq mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb. AZƏRTAC xəbər verir ki, bunu dekabrın 3-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stroun bildirib. O, həmçinin məlumat verib ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 230 şirkət iştirak edəcək, sərgi sahəsi 25 faiz artıb. Sərginin debütantları isə iştirakçıların ümumi sayının 30 faizini təşkil edir. Debütantlar arasında “Silk Way Biznes Aviasiya”, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “Sistematiks” (Rusiya), “Suntech” (Polşa), “Azmonbat” (Azərbaycan), “BMS Global” (Azərbaycan), “Hostimul” (Azərbaycan), “IPG IRE-Polus” (Rusiya), “Xerrow Technologies” (BƏƏ) və digərləri yer alır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, sərgidə 10 ölkə - ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunacaq. Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq. Həmçinin kompleksin ikinci zalındakı ayrıca stenddə e-ticarət (“e-commerce”) müəssisələri fəaliyyət göstərəcək.

Nazir müavini qeyd edib ki, sərginin keçiriləcəyi günlərdə Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, komutator telefonları, “Morze” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunur. Eyni zamanda, II Dünya müharibəsi illərinə aid poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri sərgilənir. Həmçinin ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi güşə fəaliyyət göstərəcək. “Azərpoçt” MMC-nin stendində sərginin bütün iştirakçıları üçün hədiyyəli lotereya keçiriləcək.

E.Vəlizadə bildirib ki, “bu il sərginin işgüzar proqramı yenilənərək daha dolğun olacaq. Peşəkar işgüzar tədbirlər artıq dekabrın 3-dən start götürür. Proqramın açılışı Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 54-cü toplantısı ilə baş tutub. Bunun ardınca Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İKT nazirlərinin yüksək səviyyəli görüşü keçiriləcək. Daha sonra estafeti dekabrın 5-də “Davamlı inkişaf üçün rəqəmsal əməkdaşlıq” mövzusuna həsr olunmuş Birinci Xəzər İnnovasiya Konfransı qəbul edəcək. Belarus-Azərbaycan 4-cü İKT Forumu da dekabrın 5-də planlaşdırılıb.

“Xəzər İnnovasiya Konfransının keçirilməsinin təşəbbüskarı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Tədbir “Genişzolaqlı rabitə”, “Süni intellekt”, “Əşyaların İnterneti”, “Elektron xidmətlər”, “İKT yönlü startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, “Elm tutumlu istehsal” və “Kiberhazırlıq” kimi mövzuları əhatə edir. Birinci Xəzər İnnovasiya Konfransı hökumət nümayəndələri, sənaye liderləri, tənzimləyici struktur və beynəlxalq təşkilatların rəsmi təmsilçilərini, o cümlədən nəhəng regional telekommunikasiya və peyk operatorlarının rəhbərlərini bir araya gətirəcək. Konfrans İKT sahəsinin bütün iştirakçıları arasında səmərəli əməkdaşlığın müzakirə edilməsi üçün regional platforma funksiyasını yerinə yetirəcək, eləcə də bu sahədə tapşırıqların həllinə kömək edəcək. Gələcəkdə bu konfransın beynəlxalq “Bakutel” sərgisi çərçivəsində hər il keçirilməsi planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb.

Sərginin meneceri Emiliya İsmayılova isə sərgi çərçivəsində qadınlar və onların İKT sahəsindəki roluna xüsusi diqqət yetirib. Bildirib ki, tədbirin ikinci iş günü eksponentlərin iştirakı ilə keçiriləcək axşam ziyafəti çərçivəsində Azərbaycanın informasiya və telekommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara “AWITA 2018” “Azerbaijan - The Women in IT Award” mükafatının təqdimetmə mərasimi baş tutacaq.

Onun sözlərinə görə, bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını təşkil edəcək. Dekabrın 5-6-da “Bakutel Tech Talks” tədbiri bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edəcək. Dekabrın 5-də “Bizimkilər” sessiyası keçiriləcək. Sessiyanın adını şərtləndirən amil məşhur xarici IT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsidir. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etməkdir.

Tədbirdə “Kompüter obrazlarının tanınması üzrə kompleks təlim”, “Müasir kompleks proqram təminatı mühəndisliyi”, “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri”, “Süni İntellekt Tibdə və Elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi”, “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” üzrə məruzələr təqdim ediləcək.

Dekabrın 6-da “Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə IT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edəcək. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan IT texnologiyalar və həll variantlarının göstərilməsidir. Tədbirin məqsədi rəqəmli innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır.

Elə həmin gün “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışacaqlar. Beləliklə, “Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevriləcək. Bundan sonra hər il sərgi çərçivəsində “Tech Talks” proqramının keçirilməsi planlaşdırılır.

E.İsmayılova qeyd edib ki, ilk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultramodern texnologiyası əsaslı “RoboKeeper” təqdim olunacaq. “RoboKeeper” - dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Neymar, Messi və Ronaldinyo kimi dünya futbol ulduzları bu qapı keşikçisini məğlub edə bilməyiblər.

“Bakutel 2018” sərgisinin ziyarətçiləri və qonaqları “RoboKeeper”ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə müxtəlif hədiyyələr təqdim ediləcək. “Bakutel-2018” sərgisinin açılış mərasiminə Azərbaycan klublarının tanınmış futbolçuları, həmçinin Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov dəvət olunublar. Onlar ən sürətli qapıçının qapısına qol vurmağa cəhd edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb