Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. AZƏRTAC xəbər verir ki, Mərakeş təmsilçisi Məhəmməd Arjoui ilə qarşılaşan boksçumuz rinqdən qalib ayrılıb və növbəti mərhələyə adlayıb.