"Sönməz, əbədidir Heydər Əliyev" mövzusunda şeir müsabiqəsi təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Sönməz, əbədidir Heydər Əliyev" mövzusunda şeir müsabiqəsi keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumat görə, müsabiqədə Qaradağ rayon məktəblərinin şagirdləri iştirak ediblər.
İştirakçıların Ulu Öndər haqqında söylədikləri şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər yaş qrupunda l, ll, lll yerlərin qaliblərinə müvafiq dərəcəli diplom və mükafatlar təqdim olunub.