"Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib
Bakı, 28 yanvar, AZƏRTAC
Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyevanın təşəbbüsü ilə "Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, soydaşımız bu fəaliyyəti həm də “Qorqud” Vikipediya Metodik Mərkəzinin könüllüsü olaraq yerinə yetirir. O, artıq bir müddətdir ki, “Vikipediya”nın polyak dili bölməsi üçün məqalələr yazır və redaktələr edir, ölkəmizlə bağlı boşluqların aradan qaldırılmasına çalışır. Azərbaycan ordusunun general-mayoru Hikmət Həsənov, Xankəndi talanları, Tovuz döyüşləri, Gəncənin bombalanması haqqında məqalələr polyak oxucuların nəzərinə çatdırılıb.
Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, soydaşlarımız Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılmasını planlaşdırırlar. Əsas məqsəd "Vikipediya"nın polyak dili bölməsində Azərbaycanla bağlı düzgün məlumatları əks etdirən məqalələrin yerləşdirilməsini təmin etməkdir. Klub üzvlərinə Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [18:54]
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]