“Abraham Lincoln” aviadaşıyıcısı ABŞ-yə qayıdır?
Bakı, 21 avqust, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Lincoln” aviadaşıyıcısı İrana qarşı hərbi əməliyyatda iştirak etdikdən sonra Kaliforniyadakı bazasına qayıtmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, aviadaşıyıcı geri qayıtmaq üçün hərəkətə keçsə də, hələlik ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məsuliyyət zonasını tərk etməyib. Bu əraziyə Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika daxildir.
“New York Times” qəzeti isə “Abraham Lincoln” aviadaşıyıcısının təxminən 5 min nəfərlik heyətlə artıq doqquz aydır döyüş növbəsində olduğunu yazıb.
ABŞ Prezidenti Donald Tramp avqustun 14-də aviadaşıyıcının Yaxın Şərqdən planlı qüvvə rotasiyası çərçivəsində geri qaytarılacağını təsdiqləyib. O, bununla yanaşı, gəminin missiyasının həddindən artıq uzadılması ilə bağlı fikirləri rədd edib.
ABŞ Mərkəzi Komandanlığı avqustun 20-də “Abraham Lincoln”un yerinə “George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı qrupunun Yaxın Şərqə çatdığını açıqlayıb.
Daha əvvəl “Military Times” qəzeti “Abraham Lincoln”un göyərtəsində bir neçə hərbi qulluqçunun intihara cəhd etdiyini bildirmişdi. Məlumata əsasən, hərbçilərin emosional vəziyyətinin pisləşməsinə səbəb kimi həddindən artıq iş yükü, fiziki və emosional tükənmə, eləcə də ruh düşkünlüyü göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]