SİYASƏT
ABŞ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI QİYMƏTLİ SAYIR
Birləşmiş Ştatlar NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bir sıra sabiq sovet respublikaları ilə əlaqəsini bölgədə sabitliyin təminatı kimi görür. Bunu ABŞ-ın müdafiə naziri Donald Ramsfeld Vaşinqtondakı Xarici Mətbuat Klubunda çıxış edərkən demişdir. Azərbaycanla gələcək əməkdaşlığa dair suala cavabında D.Ramsfeld bildirmişdir ki, o, bunu “inkişaf edən, möhkəmlənən, qiymətli və qarşılıqlı surətdə faydalı” əməkdaşlıq kimi dəyərləndirir.
Pentaqonun “Terrorizmə qarşı müharibədə beynəlxalq yardım” haqqında bu ay yaydığı məlumatda deyilir ki, Azərbaycan əməliyyatda ABŞ-a əlindən gələni əsirgəməməyi təklif etmişdir. Hazırda ölkənin hava məkanından uçuşlar üçün istifadə edilir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton