Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
Bakı, 9 iyun, AZƏRTAC
Çövkən üzrə Azərbaycan milli komandası Bakıda keçirilən dünya çempionatında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, komandamız Çili yığması ilə qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq görüşdə hesab açılmayıb və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar hərəyə 1 xalla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının ilk turunda Özbəkistana 4:2 hesabı ilə qalib gəlib.