Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Bakı, 10 iyun, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
2. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində.