Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.
Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.
Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
Fotoqraf - Azər İbrahimov
Operator - Ceyhun Mustafayev