ABŞ-da “Helen” qasırğası su anbarlarına təhlükə yaradıb
Bakı, 30 sentyabr, AZƏRTAC
ABŞ-ın cənub-şərq hissəsində “Helen” qasırğası nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, xilasedicilər axtarışları davam etdirir. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.
Ən ağır vəziyyət Şimali Karolina ştatında müşahidə olunur. Burada təkcə bir qəsəbədə 30 ölüm qeydə alınıb.
ABŞ Federal Fövqəladə Hallar Agentliyi bildirir ki, yollara, tikililərə, su və kommunikasiya sistemlərinə ciddi ziyan dəyib. 2,5 milyon abonentin elektrik təchizatı kəsilib. 3 ştatda daşqın və su anbarlarının bəndlərinin dağılmaq riski var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]