ABŞ-da liman işçilərinin kütləvi tətili başlayıb
Bakı, 1 oktyabr, AZƏRTAC
ABŞ-ın şərqindəki limanlarda on minlərlə yükləyici oktyabrın 1-nə keçən gecə tətilə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzetinin məlumatına görə, aksiya ölkədə yük daşımalarının xeyli azalmasına səbəb ola və ABŞ iqtisadiyyatına gündə milyardlarla dollaradək zərər vura bilər.
Tətilə həmkarlar ittifaqı ilə Beynəlxalq liman daşıyıcıları assosiasiyasının və ABŞ gəmiçilik sənayesi nümayəndələrinin iş şəraiti və əməkhaqqı ilə bağlı razılığa gələ bilməməsi səbəb olub.
Ekspertlərin fikrincə, hətta limanların qısamüddətli dayanması “iqtisadiyyatda şok” effekti yarada bilər. Tətil uzanacağı təqdirdə Demokratlar Partiyasını, o cümlədən prezidentliyə namizəd Kamala Harrisi çətin vəziyyətə qoyacaq.
Ağ ev liman operatorları assosiasiyasını həmkar ittifaqı ilə fikir ayrılıqlarını tez bir zamanda həll etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]