ABŞ ENERJİ DƏHLİZLƏRİ MƏSLƏSİNDƏ TÜRKİYƏ İLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ƏHƏMİYYƏT VERİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankarada səfərdə olan Birləşmiş Ştatların dövlət katibinin müavini Riçard Bauçer Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül ilə görüşündən sonra jurnalistlərə müsahibəsində enerji dəhlizlərinin təhlükəsizliyi və Xəzər neftinin nəqli məsələlərinin müzakirə olunduğunu və onun ölkəsinin bu sahədə Türkiyə ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. O, Bakı-Tbilisi-Ceyhan boru xəttinin işə düşməsini çox önəmli hadisə kimi dəyərləndirdiklərini və bu kəmərin Orta Asiya ölkələri üçün də əlverişli olduğunu vurğulamışdır.
Türkiyə rəsmiləri ilə görüşlərində İranla bağlı danışıqların aparılmadığını deyən Bauçer, digər əsas müzakirə mövzularının Yaxın Şərqdəki vəziyyət və Əfqanıstanın dirçəlişi olduğunu söyləmişdir.
Bir saata yaxın davam edən görüşdə Türkiyə ilə Birləşmiş Ştatlar arasında ikitərəfli əlaqələrin perspektivləri də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]