ABŞ ƏSAS MİLLİ BAYRAMINI – MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD EDİR
İyulun 4-də Amerika dövlətinin yaradılması ilə əlaqədar ABŞ-ın əsas milli bayramı – Müstəqillik günü qeyd olunur. 1776-cı il iyulun 4-də İngiltərənin Şimali Amerikadakı 13 koloniyasının nümayəndələri Kontinental konqresə toplaşaraq, “Müstəqillik bəyannaməsini” qəbul etdi və Britaniya hakimiyyətindən azad olduqlarını bildirdilər. Bir il sonra, yenə də iyulun 4-də ölkə hökumətinin müvəqqəti qaldığı Filadelfiyada toplardan 13 yaylım atəşi açılmışdır. İndi ABŞ-ın bütün iri şəhərlərində keçiriləcək bayram atəşfəşanlığı daha davamlı və rəngarəng olacaqdır. Vaşinqtonda Potomak çayının sahillərində və Konqresin binasından Avraam Linkolnun abidəsinədək uzanan mərkəzi paytaxt bulvarında atəşfəşanlığı 10 minlərlə adam müşahidə edəcəkdir. Yeri gəlmişkən, ötən il Amerika bu məqsədlə 135 milyon dollar dəyərində müxtəlif raket və fişəng almışdır. Onların çoxu Çindən gətirilmişdir. Kapitoli təpəsində, Konqresin yaxınlığında açıq havada ABŞ Milli Simfonik Orkestrinin iştirakı ilə konsert olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]