ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ:
HEYDƏR ƏLİYEV AMERİKANIN BÖYÜK DOSTU İDİ
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Azərbaycanın dahi oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar xalqımızın kədərinə şərik olduğunu bildirir.
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məktubda deyilir:
- Amerika Birləşmiş Ştatları keçmiş Prezident Heydər Əliyevin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir. Bu kədərli vaxtda biz onun ailəsini və Azərbaycan xalqını düşünür və duaçınızıq. Onun çoxillik liderliyi və Azərbaycan xalqına xidməti bizim hamımız üçün nümunə idi. O, bizim ölkəmizin böyük dostu idi. Dövlətlərimiz arasında olan möhkəm münasibətlər onun nailiyyətlərinin təntənəsi idi və heç zaman unudulmayacaqdır.