ABŞ-ın Texas ştatında təyyarə anqara çırpılıb
Bakı, 1 iyul, AZƏRTAC
ABŞ-ın Texas ştatında yüngül sərnişin təyyarəsinin anqara çırpılması nəticəsində 10 nəfər həlak olub.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, insident iyunun 30-da baş verib. İkimotorlu Beechcraft BE-350 King Air təyyarəsi havaya qalxmaq üçün yüksəldiyi zaman Addison əyalət aeroportunun ərazisindəki anqara çırpılıb. Alov alan təyyarənin göyərtəsində olan iki pilot və səkkiz sərnişin yanaraq ölüblər. Təyyarənin Florida ştatındakı Sent-Pitersberq şəhərinə istiqamət götürdüyü bildirilir. Çırpılma və yanğın zamanı anqarda olan daha bir kiçik təyyarə və helikopterə də zərər dəyib. Həmin məqamda binanın içərisində insanlar olmayıb.
İnsidenti araşdırmaq üçün qəza yerinə ABŞ-ın Federal Aviasiya İdarəsinin nümayəndələri gəliblər. Həmçinin Nəqliyyatda Təhlükəsizlik Milli Şurası da öz əməkdaşlarını hadisə yerinə göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]