İraq hava məkanını uçuşlar üçün yenidən açıb
Qahirə, 8 iyun, AZƏRTAC
İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının yenidən uçuşlar üçün açıldığını elan edib.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, qurumun yaydığı bəyanatda İraqın bütün hava limanlarında uçuşların bərpa olunduğu bildirilib.
Vurğulanıb ki, hava hərəkəti təsdiqlənmiş əməliyyat prosedurlarına uyğun şəkildə davam etdiriləcək.
Mülki Aviasiya İdarəsi, həmçinin İraq hava məkanında təhlükəsizlik və uçuşların etibarlılığının təmin olunması məqsədilə vəziyyətin aidiyyəti qurumlarla birgə izlənildiyini və qiymətləndirildiyini vurğulayıb.
Bəyanatda əlavə edilib ki, hava nəqliyyatı ilə bağlı hər hansı yenilik barədə aviaşirkətlər və sərnişinlər rəsmi kanallar vasitəsilə məlumatlandırılacaqlar.
Xatırladaq ki, İranın dünən İsrailə raket hücumu fonunda İraq hava məkanını müvəqqəti olaraq mülki aviasiya uçuşları üçün bağladığını elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]