ABŞ Yaxın Şərqdəki ordusunun sayını artırıb
Vaşinqton, 1 oktyabr, AZƏRTAC
ABŞ ehtiyac olduğu halda İsrailin təhlükəsizliyi və müdafiəsini gücləndirmək məqsədilə Yaxın Şərqə daha bir neçə min ordu göndərdiyini açıqlayıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentindən bildirilib. Əlavə qüvvələrlə birlikdə ABŞ-ın bölgədə şəxsi heyətinin sayı 34 minə çatacaq.
Buna F-15E, F-16 və F-22 döyüş təyyarələri və A-10 hücum təyyarələrinin eskadronları və onlara dəstək olmaq üçün lazım olan şəxsi heyət daxildir.
Qeyd edək ki, ötən gün Pentaqon rəhbəri Lloyd Ostin də bölgədəki “Abraham Linkoln” aviadaşıyıcısının hücum qrupunu və onunla əlaqəli eskadronları müvəqqəti olaraq genişləndirdiyini açıqlamışdı.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]