Abşeron rayonunda evdən oğurluq edən şəxs tutulub
Bakı, 11 aprel, AZƏRTAC
Abşeron rayonundakı evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl boyunbağı, kombi aparatı, televizor, noutbuk və altı radiator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini M.Məmmədov yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]