Abşeronlu gənc musiqiçilər Sumqayıtda konsertlə çıxış ediblər
Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Sumqayıtda Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində konsertlə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə gerçəkləşən konsertdə görkəmli bəstəkarların əsərləri, həmçinin Azərbaycan saz havaları və muğamları səsləndirilib.
Abşeronlu gənc musiqiçilərin çıxışları alqışlarla qarşılanıb.