Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABU-DABİDƏ AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ BİZNES FORUMUNDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

ABU-DABİDƏ AZƏRBAYCAN-BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ BİZNES FORUMUNDA PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, məni dəvət etdiyinə və ikitərəfli iqtisadi münasibətlər ətrafında fikir mübadiləsini aparmaq üçün yaradılmış fürsətə görə Abu-Dabi Ticarət Palatasına öz minnətdarlığımı bildirmək istəyirəm. Mən gözəl ölkənizə səfər etməkdən olduqca məmnunam. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bəri Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfəridir.

Azərbaycan müstəqilliyinin cəmi on beşinci ilini yaşayır. Ölkəmiz müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərin tam aradan qaldırılmasına bütün səylərini sərf etmiş və sürətli siyasi və iqtisadi inkişafına başlamışdır. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini qazanmış Azərbaycanda daxili vəziyyət çox ağır idi. Ölkədə iqtisadi böhran, istehsalatda tənəzzül müşahidə olunurdu. Siyasi problemlər özünü büruzə verirdi. Vətəndaş müharibəsi və digər xoşagəlməz hadisələr baş verirdi. Bütün bunlar Azərbaycana inkişaf etməyə və regionun güclü ölkəsinə çevrilməyə imkan vermirdi.

Lakin Prezident Heydər Əliyev tərəfindən 1993-cü ildə başlanmış siyasi və iqtisadi islahatlar siyasətinin davamlı şəkildə aparılması Azərbaycanı regionumuzda və bütövlükdə bütün keçmiş sovet respublikaları arasında iqtisadi inkişaf baxımından ən qabaqcıl ölkəyə çevirdi. Azərbaycanda aparılan olduqca cəsarətli siyasi, iqtisadi və sosial islahatlar tarixi baxımdan çox qısa dövr ərzində bizə bütün çətinlikləri və böhranı aradan qaldırmağa və çoxşaxəli qaydada inkişaf etməyə imkan yaratdı. Həmin vaxtdan etibarən Azərbaycan çox böyük müvəffəqiyyətlər əldə etdi.

Bu gün ölkənin iqtisadi inkişafı sosial ehtiyaclar üçün daha çox vəsait sərf olunmasına imkan yaradır. Ötən il bizim iqtisadi artımımız 26 faiz olmuşdur, bu il isə artıq 34 faiz təşkil edir. Bu rəqəm dünyada ən yüksək göstərici sayılır. Təbii ki, iqtisadi inkişaf göstəriciləri reallıqda olan vəziyyətdən fərqlənir. Lakin mütləq göstəricilər artmaqdadır. İnkişafımızın dinamik olmasını, bütün iqtisadi fəaliyyət sahələrini əhatə edən proqramlarımızı nəzərə alaraq, əminəm ki, gələcək illərdə çox möhkəm iqtisadiyyatın qurulmasına nail olacaq və Azərbaycan xalqının tələbatlarını ödəyəcəyik.

Təbii ki, iqtisadiyyatımızın əsas sektorlarından biri enerji, yəni neft və qaz sektorudur. Həmin sektora son on il ərzində milyardlarla dollar sərmayə yatırılıbdır. Azərbaycanın neft yataqlarından hasil olunan neft bu gün müasir boru kəmərləri sistemi vasitəsilə dünya bazarlarına çıxarılır. Neft hasilatının həcmi artır və əldə olunan neft gəlirləri iqtisadiyyatımızı şaxələndirməyə imkan yaradır. Bu gün hökumətimiz qarşısında duran əsas vəzifələrdən biri neft kapitalını insan kapitalına çevirməkdən ibarətdir. Eyni zamanda, iqtisadiyyatın yeni sektorlarının yaradılmasına, xüsusən də sənaye inkişafının təmin olunmasına böyük önəm verilir. Bütün bunlar gələcəkdə neft qiymətlərindən asılı olmamaq və şaxələndirilmiş iqtisadiyyata malik olmaq üçün edilir.

Neft çoxlu pul gətirir, lakin çoxlu sayda yeni iş yerləri açmır. Hazırda qarşımızda duran məqsəd işsizliyin tam aradan qaldırılmasıdır və bu istiqamətdə olduqca böyük addımlar atılmışdır. Son üç il ərzində, biz Azərbaycanda təqribən 500 min yeni iş yerinin açılmasına nail olmuşuq. Həmin iş yerlərinin əksəriyyəti Azərbaycanın rayonlarında yaradılmışdır. Bu, regional inkişaf proqramının uğurla həyata keçirilməsindən xəbər verir.

Bizim çox müasir nəqliyyat infrastrukturumuz var. Coğrafi mövqeyimiz çox əlverişlidir. Ölkəmiz Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşir və biz infrastrukturumuz, təcrübəmiz, insanlarımızın istedadı və potensialımız əsasında coğrafi mövqeyimizdən istifadə edirik. Biz artıq regional məsələlərdə mühüm rol oynayırıq. İqtisadi cəhətdən güclü ölkədə, təbii ki, müstəqillik də möhkəmlənir. Ölkəmizin uzun onilliklər və əsrlər boyu öz müstəqilliyindən məhrum olduğunu nəzərə alsaq, bu amil olduqca vacibdir.

İqtisadi imkanlarımız və potensialımız insanların həyat tərzini yaxşılaşdırmaqla yanaşı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün də vacib vasitədir. Ona görə siyasi inkişaf, regional əməkdaşlıq, iqtisadi islahatlar, sosial problemlərin həllinə verilən böyük diqqət bizim üçün əsas prioritet məsələlərdir.

Son üç ilyarım ərzində dövlət büdcəmiz üç dəfədən çox artmışdır. Hazırda, biz neft və qaz sektorunun böyük inkişafı ərəfəsindəyik. Gələn illər ərzində neft hasilatının həcmi gündə ən azı bir milyon barrelə çatacaqdır. Neftdən əldə olunan gəlirlərin infrastrukturun inkişafı, sosial proqramların həyata keçirilməsi kimi vacib məsələlərin həllinə yönəldilməsi məqsədi ilə biz Neft Fondu yaratmışıq. Eyni zamanda, gələcək nəsillər üçün ehtiyat fondlarının formalaşdırılması iqtisadi siyasətimizin əsas meyarlarındandır.

Planlarımız çoxdur. Bunların böyük hissəsi artıq uğurla həyata keçirilmişdir. Təbii ki, regional əməkdaşlıq, tərəfdaşlarımızla dost və qardaş ölkələrlə əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındakı münasibətlər dost və qardaş ölkələr arasındakı əlaqələrə nümunə hesab edilə bilər. Neçə illər ərzində əlaqələrimiz çox yüksək səviyyədə olmuşdur. Əminəm ki, ölkənizə etdiyim səfər həmin münasibətlərə daha da böyük təkan verəcəkdir və ölkələrimizin işgüzar dairələri yeni əməkdaşlıq sahələrini müəyyən edəcəklər.

Əməkdaşlığın digər sahəsi birgə layihələrdə iştirakdan ibarət ola bilər. Mən artıq qeyd etdim ki, biz Dövlət İnvestisiya Şirkəti yaratmışıq və həmin qurum məhz potensial sərmayədarların axtarılması ilə məşğul olacaqdır. O, hətta texniki əsaslandırma sənədlərini də tərtib edə və potensial sərmayədarları dəvət edə bilər. Beynəlxalq kreditlər tələb edən layihələrdə ölkəmiz etibarlı tərəfdaş nüfuzunu artıq qazanmışdır. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsi üçün beynəlxalq maliyyə təsisatları, banklar konsorsiumu milyardlarla dollar kredit ayırmışlar. Eyni üsul digər layihələrdə də istifadə edilmişdir. Ona görə beynəlxalq bazarlarda maliyyə vəsaitləri toplamaq baxımından problem olmayacaqdır.

Bütün bunlar yaxşı imkanları təmin edir. Ona görə də biz ölkənizin işgüzar dairələrini Azərbaycana dəvət edir və bizimlə işbirliyi qurmağa çağırırıq. Bu gün çatışmazlıq yalnız ondadır ki, Azərbaycan haqqında məlumat hələ də kifayət dərəcədə yayılmır. Bu, xüsusən də, biznes imkanlarına aiddir. Ona görə, biz sizinlə işləyirik. Rəsmilərimiz burada, sizinlədir. İş adamları burada əyləşiblər. Biz özümüzü və imkanlarımızı təqdim etmək üçün çox çalışmalıyıq. Yəni nəyimiz var və nə edə bilərik. Əminəm ki, bu gün keçirdiyimiz görüş bu baxımdan vacibdir və əhəmiyyətli olacaqdır. Biznes adətən təhlükəsiz, dostluq olan və proqnozlaşdırılan yerlərə, gəlir gətirən ölkələrə getməyə üstünlük verir. Bütün həmin meyarlar Azərbaycanda var. Ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur. Biz bir-birimizlə dostuq və Azərbaycanda qarşılıqlı fayda verəcək bir çox işlər var. Əminəm ki, bu, baş verəcək və mənim səfərimdən sonra daha çox əməkdaşlığın şahidi olacağıq.

Hörmətli dostlar, mən bu fürsətdən istifadə edərək, sizi Azərbaycana dəvət edirəm və oradakı vəziyyəti özünüz görə biləcəksiniz. Təqdimatda nə qədər yaxşı olursa-olsun, lakin belə kəlam var: bir dəfə görmək, yüz dəfə eşitməkdən yaxşıdır. Bu dəvətlə mən çıxışımı başa vururam və gözəl ölkənizdə olduğumuz ilk dəqiqələrdən hiss etdiyimiz xoş qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Birləşmiş Ərəb Əmirlikləri xalqına rifah, sülh və uğurlar arzulayıram.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO