DÜNYA
Abxaziyada baş vermiş yanğında beş azyaşlı ölüb
Tbilisi, 5 yanvar, AZƏRTAC
Gürcüstanın Abxaziya bölgəsinin Saberio Qali rayonunda şəxsi evdə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “Aişara” portalı məlumat yayıb.
Bildirilir ki, alov tez bir zamanda evi tam əhatə edib.
Mənzildəki 5 uşağı xilas etmək mümkün olmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi