Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Azərbaycanlı itkinlərin taleyi BMT tribunasından yenidən gündəmə gətiriləcək - Umud Mirzəyev

Bakı, 30 avqust, AZƏRTAC

30 Avqust - Beynəlxalq İtkinlər Günüdür. Bu tarix dünyada taleyi naməlum qalan, ailələri illərlə, bəzən onilliklərlə bir xəbər gözləyən minlərlə insanın ağrısını xatırladan gündür. Azərbaycan üçün isə bu günün xüsusi və son dərəcə ağır mənası var. Birinci Qarabağ müharibəsi və sonrakı hərbi qarşıdurmalar nəticəsində minlərlə azərbaycanlının taleyi bu günədək naməlum qalır. Onların sırasında xeyli sayda uşaq da var. Məhz Beynəlxalq İtkinlər Günü ərəfəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ermənistanın BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi ikinci dövri hesabata alternativ olaraq hazırladığı “İtkin düşmüş - məcburi yoxa çıxarılmış azərbaycanlı uşaqlar” adlı tematik hesabatın BMT-nin rəsmi platformasında yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib. O bildirib ki, sənədin əsas məqsədi Ermənistanın BMT-yə təqdim etdiyi dövri hesabatda əksini tapmayan mühüm məsələləri beynəlxalq ictimaiyyətin və Komitə üzvlərinin diqqətinə çatdırmaqdır: “Ermənistanın təqdim etdiyi dövri hesabatda Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş azərbaycanlı hərbçilərin və mülki şəxslərin, o cümlədən qadınların, uşaqların və ahıl insanların taleyi barədə məlumat verilməyib. Halbuki son rəsmi məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 mindən çox vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onların 782 nəfəri mülki şəxs, o cümlədən 71-i uşaqdır”.

Onun sözlərinə görə, problemin ən mühüm tərəflərindən biri 872 nəfərin əsir və girov götürülməsinə dair sübut və şahid ifadələrinin mövcud olmasıdır. Hesabatda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vaxtilə qeydiyyata aldığı və saxlanma yerlərində baş çəkdiyi 54 Azərbaycan vətəndaşı ilə bağlı məlumatlara xüsusi diqqət yetirilir. Onların sonrakı taleyinin tam şəkildə açıqlanmaması Ermənistan qarşısında cavablandırılmalı mühüm suallardan biri kimi qaldırılır. Bundan başqa, azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzar, aparılan ekshumasiya və eyniləşdirmə işləri, eləcə də BMT-nin digər müqavilə qurumlarının Ermənistanla bağlı əvvəlki tövsiyələri də diqqətə çatdırılır.

U.Mirzəyev qeyd edib ki, məsələ yalnız keçmiş müharibənin statistikası kimi qiymətləndirilə bilməz: “Hər itkinin arxasında onilliklərdir cavab gözləyən bir ailə dayanır. Sülh yalnız gələcəklə bağlı razılaşma deyil, keçmişdən qalan humanitar yaraların sağaldılmasını da tələb edir. Azərbaycan və Ermənistan sülh istiqamətində irəlilədiyi bir vaxtda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması bu prosesin mənəvi və humanitar şərtlərindən biri olmalıdır.

Alternativ hesabatın ən mühüm və ən ağrılı hissəsini isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və taleyi barədə məlumat verilməmiş 71 azərbaycanlı uşağın adlı siyahısı təşkil edir. Bu siyahıda 46 oğlan və 25 qızın adı, doğum tarixi, itkin düşdüyü yer və tarix göstərilir. Bu, sadəcə, 71 ad deyil. Bu, yarımçıq qalmış 71 uşaq təbəssümü, 71 insan ömrüdür. Bu, övladından xəbər gözləyən ailələrin onilliklərdir bitməyən ağrısıdır. Bu, beynəlxalq ictimaiyyət qarşısında cavab gözləyən 71 insan taleyidir. Hesabatda bəzi uşaqların ailə üzvləri ilə birlikdə girov götürüldüyü, sonradan onlardan ayrıldığı və talelərinin naməlum qaldığı göstərilir. Azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlarda bəzi itkin uşaqların qalıqlarının müəyyən edilərək ailələrinə təhvil verilməsi isə bu faciənin nə qədər real və ağır olduğunu bir daha göstərir”.

BAMF rəhbəri hesab edir ki, itkinlər məsələsi yalnız humanitar məsələ deyil: “Bu, insanların və ailələrin həqiqəti bilmək hüququ, onların onilliklərdir davam edən iztirabına son qoyulması, məcburi yoxaçıxmaların araşdırılması və beynəlxalq hüquqi məsuliyyət məsələsidir. İllər keçir, siyasi münasibətlər dəyişir, sülh prosesləri başlayır. Amma itkin düşmüş bir uşağın taleyi barədə cavabsız qalan sual zaman keçdikcə öz əhəmiyyətini itirmir. Bu 71 uşağın hər birinin adı bu gün beynəlxalq ictimaiyyətə ünvanlanan bir sualdır: onlar haradadır və onların taleyi necə olub?

Beynəlxalq İtkinlər Günündə əsas çağırışımız budur: itkinlərin taleyi siyasi gündəmlərin kölgəsində qalmamalıdır. Ermənistan mövcud olan bütün məlumatları təqdim etməli, mümkün dəfn yerləri və kütləvi məzarlar, saxlanma məntəqələri, arxiv materialları və şahid məlumatları ilə bağlı tam əməkdaşlıq etməlidir. İtkinlərin ailələrinin həqiqəti bilmək haqqı var. Bu həqiqətin üzə çıxması üçün 30 ildən artıq gözləmək kifayətdir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir