Bundesliqa: “Borussiya Dortmund” çempionata qələbə ilə başlayıb
Berlin, 29 avqust, AZƏRTAC
Dortmundun “Borussiya” klubu Bundesliqanın yeni mövsümünə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, dortmundlular doğma meydanda “Hamburqer” komandasını məğlub edib - 2:0.
“Leypsiq” klubu da ilk turda qalib gəlib. Komanda 3 xalı Mönxenqladbax təmsilçisi “Borussiya”nın qapısından keçirdiyi 3 cavabsız qolla qazanıb.
Leverkuzenin “Bayer” klubu isə öz meydanında debütant “Elvesberq”ə uduzub - 2:3. Eyni hesabda “Hoffenhaym” komandası “Köln” səfərindən məğlub qayıdıb.
Paytaxt təmsilçisi – “Union Berlin” öz meydanında “Ayntraxt Frankurt” ilə görüşdə oyunun sonunda vurduğu qolla məğlubiyyətdən xilas olub – 3:3. “Mayns” – “Paderborn” görüşündə isə qapılara top vurulmayıb - 0:0.
Tura bazar günü keçiriləcək “Frayburq” - “Verder Bremen” və “Auqsburq” – “Şalke 04” görüşləri ilə yekun vurulacaq.
Çempionatın yeni mövsümünün açılış matçında isə “Bavariya” Münxendə “Ştutqart”ı darmadağın edib – 5:1.