ACARISTAN MUXTAR RESPUBLİKASININ BAŞÇISI ASLAN ABAŞİDZE PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin dəfn mərasimində iştirak etmək üçün Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Aslan Abaşidze dekabrın 15-də Bakıya gəlmişdir.
Onu Binə hava limanında Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qarşılamışdır.
Aslan Abaşidze AZƏRTAC-ın müxbirinə demişdir ki, Heydər Əliyevlə çoxlu görüşlər keçirmək mənə də nəsib olmuşdur. Mən bu dahi ilə həmişə fəxr etmişəm. Bu gün onun yoxluğu məni ürəkdən kədərləndirir. O, bizim xatirimizdə qüdrətli siyasətçi və müdrik prezident kimi qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]