ACARISTAN MUXTAR RESPUBLİKASININ BAŞÇISI ASLAN ABAŞİDZE PREZİDENT HEYDƏR ƏLİYEVİN DƏFN MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
Onu Binə hava limanında Azərbaycan Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qarşılamışdır.
Aslan Abaşidze AZƏRTAC-ın müxbirinə demişdir ki, Heydər Əliyevlə çoxlu görüşlər keçirmək mənə də nəsib olmuşdur. Mən bu dahi ilə həmişə fəxr etmişəm. Bu gün onun yoxluğu məni ürəkdən kədərləndirir. O, bizim xatirimizdə qüdrətli siyasətçi və müdrik Prezident kimi qalacaqdır.
X X X
Sonra Acarıstan rəhbəri Aslan Abaşidze Prezident Heydər Əliyevlə vidalaşmaq üçün mərasimin keçirildiyi Respublika sarayına gəlmişdir. Onun adından Azərbaycanın ümummilli lideri Heydər Əliyevin cənazəsi önünə əklil qoyulmuşdur. Aslan Abaşidze respublikamızın Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verərək, xalqımızın sonsuz kədərinə şərik olduğunu bildirmişdir.
Fəxri Xiyabana gələn Aslan Abaşidze Prezident Heydər Əliyevin son mənzilə yola salınması mərasimində də iştirak etmişdir.