ADNSU-nun “Azİİ Elektron Kitab Evi”nin fonduna yeni nəşrlər daxil edilib
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”nin fonduna müxtəlif elm sahələrini əhatə edən çap məhsulları, onların elektron versiyaları və digər informasiya daşıyıcıları daxil edilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu çap məhsulları Azərbaycan və xarici dillərdə olmaqla kitab evinin elektron kataloquna daxil olunub və oxu zalında “Yeni nəşrlər” sərgisində yer alıb.
Kitab Evinin fonduna professor Çapay Sultanovun 17 adda 70 nüsxə kitabı, BP şirkətinin dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş 5 adda 400 nüsxə kitab, Barattson şirkəti tərəfindən hədiyyə olunan 29 adda 107 nüsxə kitab daxil edilib.
Qeyd edək ki, kitablar nəfis tərtibata malikdir.