ADNSU-nun kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi və tələbələri 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi anılıb, xatirə abidəsinin önünə gül dəstələri qoyulub.