AĞ EVDƏ HESAB EDİRLƏR Kİ, ABŞ İQTİSADİYYATINDA TƏNƏZZÜLÜN QARŞISINI ALMAQ MÜMKÜN OLACAQDIR
AZƏRTAC xəbər verir ki, Ağ evdə buna əsaslanırlar ki, ABŞ iqtisadiyyatı hazırda tənəzzül vəziyyətində deyildir və çox güman ki, bu vəziyyətə düşməyəcəkdir. Bunu mayın 13-də Ağ evin nəzdində İqtisadi Məsləhətçilər Şurasının sədri Edvard Lazier təsdiq etmişdir: “Əldə olan məlumata görə, hər halda, tarixi meyarlar baxımından biz tənəzzül kimi səciyyələndirilən vəziyyətdə deyilik”. Tənəzzülün başlanması təhlükəsinin mövcud olub-olmadığı haqqında suala cavabında o bildirmişdir ki, bunu gözləmir, hərçənd tamamilə istisna da etmir.
Lazier həmçinin bildirmişdir ki, tükənməkdə olan ərzaq ehtiyatlarının yeri doldurulmayınca dünya bazarlarında ərzağın qiymətləri yaxın 2-3 il ərzində “yüksək olaraq qalacaqdır”. Bununla birlikdə, Lazierin dediyinə görə, o buna əsaslanır ki, qiymətlər “ötənilki sürətlə artmayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]