Ağbulaq Xizək Mərkəzinin ətrafında yaşıllaşdırma tədbirləri aparılır
Şahbuz, 14 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahbuz Rayon İcra Hakimiyyəti ilə birlikdə Ağbulaq Xizək Mərkəzi ətrafındakı dağ yamaclarında əkin işləri aparıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan, yabanı alça, həmişəyaşıl ağac tingləri və toxumları əkilib.
Qeyd edək ki, bundan əvvəl də Ağbulaq kəndində 70 hektar sahədə toxumla bərpa və 10 hektar sahədə tinglə əkin işləri aparılıb.